Şrift:
Azərbaycanda 400-ə qədər məcburi köçkün şəxsi evlərdən çıxarılıb
07.02.2012 [17:27] - Sosial
Azərbaycanda şəxsi evlərdə məskunlaşan məcburi köçkünlərin köçürülməsinə başlanılıb. Bunu çərşənbə axşamı jurnalistlərə Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Onun sözlərinə görə, indiyədək 400-ə qədər məcburi köçkün belə evlərdən çıxarılıb. Avropa Məhkəməsinin də bununla bağlı bir neçə qərarı olub. Həmin qərarlar da icra olunub.
Həsənov qeyd edib ki, həm 2007-ci ildə, həm də 2011-ci ildə məcburi köçkünlərlə bağlı həyata keçirilən dövlət proqramlarında şəxsi evlərdə məskunlaşan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub.
"Bu il və gələn il Azərbaycanda məcburi köçkünlərlə bağlı böyük həcmdə tikinti işləri aparılacaq. Bakı şəhərindəki yataqxanalardan məcburi köçkünlərin böyük bir qismi köçürüləcək. Bunun üçün Abşeron rayonunun Qobu qəsəbəsində 200 hektar yer ayrılıb. Burada məcburi köçkünlər üçün çox böyük şəhərcik salınacaq", - Baş nazirin müavini deyib.

Ermənistanın təcavüzkar siyasəti nəticəsində bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün düşüb.
Bu xəbər oxucular tərəfindən 1259 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed