Şrift:
Manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 5 yanvar 2016-cı il tarixi üçün 1.5610 müəyyənləşdirilib.
30.12.2015 [13:04] - Gündəm, İqtisadiyyat
Mərkəzi Bank bankların valyutaya olan ehtiyaclarını kifayət həcmdə təmin edib

Mərkəzi Bank əhalinin nəzərinə çatdırır ki, qarşıdakı bayram günlərində milli valyutanın məzənnəsi ilə bağlı yarana biləcək hər hansı spekulyativ xarakterli məlumatlara və şaiyələrə inanmasınlar.

Bu barədə Mərkəzi Bankdan verilən məlumatda qeyd olunur.

Bildirilir ki, Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq tələb və təklif nəzərə alınmaqla manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 5 yanvar 2016-cı il tarixi üçün 1.5610 müəyyənləşdirilib.

Məlumatda qeyd olunur ki, bayramqabağı günlərdə Mərkəzi Bank tərəfindən bankların valyutaya olan ehtiyacları keçirilmiş hərraclar vasitəsilə kifayət həcmdə təmin edilb.
Bu xəbər oxucular tərəfindən 864 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed