Şrift:
Fərəc Quliyev Partlamentdə dörd mühim təkliflə çıxış etdi.
30.12.2015 [15:05] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il dekabrın 29 -da keçirilən iclasında Millət vəkili Fərəc Quliyev dörd məsələ ətrafında çıxış etdi:

1. Cari məsələlərdə Millət vəkili çıxışında bildirdi ki “Dünyada baş verən iqtisadi böhran təbii ki, Azərbaycana da təsirsiz ötüşmür.Biz ada dövlət deyilik.Büdcəmiz neftdən asılı olduğundan neftin qiymət dəyişikliyi vəziyyətin tez-tez dəyişməsinə səbəb olur.Hökumət indi daha operativ,çevik qərarlar verməli,daha ciddi rejimdə çalışmalıdır.Milli Məclis olaraq bizim də fərqli rejimdə işləməyimiz,müzakirələr aparmağımız lazımdır.Təklif edirəm ki, Milli Məclis həftədə bir dəfə plenar iclaslarını keçirsin ,ən müxtəlif problemlər müzakirə olunsun,çıxış yolları təklif olunsun.Müzakirələrə problemə müvafiq olaraq nazirliklərin nümayəndələri dəvət olunsun,dinləmələr aparılsın.Mümkündür ki,bəzi məsələlərin müzakirəsinə ekspertlər,ictimayət nümayəmdələri də dəvət olunsun.Məncə bu cür calışma çox səmərəli olar.

2. Dövlət orqanlarında xidmət keçmə haqqında əsasnamədə dəyişikliklə bağlı Fərəc Quliyev təklif etdi ki,Dövlət qulluqçusunun attestasiyasını keçirən komissiya üzvləri təkcə müvafiq icra strukturu nümayəndələrindən təşkil olunmasın.Biz ictimai iştirakçılıq haqqında qanun qəbul etmişik.” İctimai iştirakçılıq haqqında “Azərbaycan respublikası qanununa əsasən bu komosiyanın tərkibində ictimayət numayəndələrinin iştirakı mümkündür və məncə həm də ictimayət üçün akarlıq ,neqativ halların aradan qaldırılması baxımından vacibdir.Bu yanaşmanı işə qəbul zamanı da müsabiqə keçirən attestasiya komissiyalarına da tətbiq etmək faydalı olar.

3. “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik bağlı Millət vəkili Fərəc Quliyev münasibətini belə bildirdi –“ Qanunu 51.3 bəndində göstərilir ki, bu məcəllənin 51.2 və 51.1 maddələrində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların spirtli içkinarkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə və ya avaralıqla məşğul olmasına ,cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri olan ictimai təhlükəli əməlin törədilməsinə və ya 14 yaşından 16 yaçınadək uşaqlar tərəfindən inzibati xəta əlaməti olan əməlin törədilməsinə səbəb olduqda Yetkinlik yaşına çatmayanların valideynləri və ya onları əvəz edən şəxslər 50 manatdan 100 manatadək miqdarda cərimə edilir.Üzürlü səbəb olmadan uşaqların tərbiyə və təlimi vəzifələrini yerinə yetirməyən Yetkinlik yaşına çatmayanların valideynləri və ya onları əvəz edən şəxslərin Bu cür ağır hallara münasibətdə belə simvolik cərimələnməsinin nəinki cəza heç profilaktik də əhəmiyyəti yoxdur.Belə valideynlər və ya onları əvəz edən şəxslər deməli çox məsuliyyətsiz ,cəmiyyət üçün yararsız adamlardır.Ona görə təklif edirəm ki, üzürlü səbəb olmadan uşaqların tərbiyə və təlimi vəzifələrini yerinə yetirməyən yetkinlik yaşına çatmayanların valideynləri və ya onları əvəz edən şəxslərə törədilmiş əmələ görə məsuliyyət müəyyənləşdirilsin və cinayət məsuliyyətinə cəlb olunsunlar.

4. “Lisenziyalar icazələr haqqında “Azərbaycan Respublikasının qanununun layihəsi barədə Millət vəkili Fərəc Quliyev aşağıdakı munasibəti bildirdi. –“Bu qanun dövrün çağırışına uyğundur. lisenziya tələb olunan fəaliyyət növləri və icazələr bəzi meyarlar nəzərə alinmaqla verilir.Bu da təbii haldır ,xususilə,milli təhlukəsizlik,ekologiyanın qorunmasını və.s məsələləri özündə ehtiva edən meyarlar. Lakin qanunun 4.2.6 bəndində göstərilir ki,fəaliyyət növü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həddən artıq gəlir əldə edilməsinə imkan yaradırsa bu hal lisenziyani zəruri edir. Hesab edirəm ki,bu yanlış yanaşmadır.Sahibkar nə qədər çox vəsait qazanırsa bu ölkəyə o qədər faydalıdır.Deməli daha çox vergi ödəyəcək,daha çox işçiyə iş veriləcək,ölkə daha çox güclü olacaq.İndiki məqamda sahibkarlığın inkişafı,qeyri-neft sektorunun inkişafı prioritet olduğu zaman belə bir bəndin salınması sahibkarlığın inkişafına mane ola bilər və ona görə təklif edirəm ki bu bənd qanununun layihəsindən çıxarılsın.

Milli Dirçəliş Hərəkatı partiyası mətbuat xidməti.
Bu xəbər oxucular tərəfindən 982 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed