Şrift:
ABŞ-ın Missuri ştatında fövqəladə vəziyyət elan olunub
03.01.2016 [10:48] - Gündəm, Hadisə
ABŞ prezidenti Barak Obama daşqınlardan ciddi surətdə zərər çəkmiş Missuri ştatında fövqəladə vəziyyət elan edib.

“RİA Novosti” agentliyinin verdiyi məlumata görə, prezident təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün ştata əlavə federal yardım göstərilməsini qərara alıb. Məlumatda qeyd olunur ki, dekabrın 22-dən başlayaraq bu günədək davam edən fırtına, tornado, güclü külək və daşqınlar səbəbindən ştatda fövqəladə şərait yaranıb.

Ölkənin qərbində baş verən daşqınlar azı 31 nəfərin ölümünə səbəb olub.
Bu xəbər oxucular tərəfindən 645 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed