Şrift:
Hindistanda zəlzələ baş verib, 4 nəfər ölüb
04.01.2016 [10:03] - Gündəm, Hadisə
Hindistanın Myanma ilə sərhədində, Manipur ştatında 6,7 bal gücündə baş verən zəlzələ nəticəsində 4 nəfər ölüb, 100 nəfər xəsarət alıb.

"The Associated Press" agentliyinin verdiyi məlumata əsasən, bazar ertəsinin gecə saatlarında baş verən təbii fəlakətin ocağı 55 km dərinlikdə olub.

Zəlzələ nəticəsində bir neçə yaşayış evi, yeni tikilmiş altı mərtəbəli bina və ticarət mərkəzinə ciddi ziyan dəyib.
Bu xəbər oxucular tərəfindən 712 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed