Şrift:
Azərbaycan domenində saytların sayı 6,7% artıb
04.01.2016 [11:10] - Gündəm, Sosial
Milli domen zonası .az-da 24 568 internet-resurs qeydə alınıb. Bu barədə WHOIS resursunda yerləşdirilən məlumatda bildirilir.

2015-ci ilin nəticələrinə görə .az domenində qeydiyyatdan keçmiş internet-resurslarının sayının artması 6,7% təşkil edib.

Qeydiyatdan keçmiş resurların 22 840-ı birinci səviyyəli domendə qeydə alınmış saytlardı, bu da ilin əvvəlinə olan göstəricidən 7,1% çoxdu.

İkinci səviyyəli domenlər arasında ən populyarı .com.az-dır. Bu domendə 1033 sayt (2,4% artım) qeydə alınıb. Üçüncü yerə .edu.az domeni sahib çıxıb, burada 245 sayt qeydiyatdan keçib. 2015-ci ilin nəticələrin görə .edu.az domenində qeydiyatdan keçmiş saytların sayı 14,4% artıb.

Milli domen zonası -.az rəsmi olaraq 25 avqust 1993-cü il tarixində fəaliyyətə başlayıb. Domenin qeydiyyat qiyməti 20 manat təşkil edir. Texniki dəstək xidmətinin illik qiyməti də 20 manatdır.
Bu xəbər oxucular tərəfindən 814 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed