08.02.2012 [12:45] - Güney Azərbaycan-Təbriz
Həsənağa Dəmirçi, Urmu gölünə musiqi bəstələdiyi üçün irəli sürülən ittihama görə məhkəmədə hazır olmuş və özü ilə birgə başqa müttəhimləri müdafiə edərək, İttilaat qüvvələrinin qeyri- insanı davranışlarına görə təəssüfləndiyini bildirmişdir. Həsənağa Dəmirçi, özünün və başqa mütəhhimlər üçün məhkəmənin keçirilməsini əsassız adlandırmışdır. Həsənağa, Urmu gölünə görə musiqi bəstələdiyinə görə fəxr etdiyini bildirmişdir.
Sözlərinin ardınca bildirmiş ki, xalqı və məsulları Urmu gölünün qurudulmasının faciələri haqqında bilgiləndirmək hər bir sənətçinin görəvidir.
Həsənağa həmçinin İttilaat məmurlarının yenicə toy etmiş bir cavanın toyundan neçə gün sonra tutuqladıqlarından təəssüfləndiyini bildirmişdir. Bu tutuqlamanın cavan və xanımın ruh narahatlığına səbəb olduğunu bildirmişdir. Belə bir davranışın xoşa gəlməz və etikdən uzaq olduğunu söyləmiş və belə bir işlərin bir hakimiyyətə yaraşmadığını bildirmişdir.
Həsənağa Dəmirçi, sözlərinin ardında özünün və özündən başqa ittihamlanan üç nəfəri təqdirə layiq bilmişdir və hakimə söyləmiş, size bizi mükakimə etməməlisiniz. Bizi təqdir etməli, təşəkkürünüzü bildirməlisiniz.
1 Fevral 2011 tarixində Həsənağa Dəmirçi və başqa 3 Azərbaycan kültürəl fəalının məhkməsi Təbriz inqilab məhkəməsinin birinci şöbəsində keçirilmişdir. Bu məhkəmə iclasının hakimi Həməlbər adlı hakim olmuşdur. Bu insanlar , Qaya Rəqs qrupunun başçısı Əlirza Hüseynzadənin toyunda iştirak etdikləri və Həsənağa Dəmirçinin tərəfindən Urmu gölü haqqında mahnı oxunduğu üçün tutuqlanmışdılar. Əlirza Hüseynzadə(Bəy), Əli Lütfipur( Kameramən) və Cavad Şabanın( Şadlıq Sarayının yiyəsi) “hökümət əleyhinə təbliq” və “milli güvənliyə qarşı toplaşma”, Həsənağa Dəmirçinin ittihamı isə Urmu gölünə musiqi bəstələmək vasitəsi ilə “nizam əleyhinə təbliq etmək”dir.

Bu xəbər oxucular tərəfindən 1632 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |