Şrift:
Bakıda baş vermiş yanğında ər və arvad yanaraq öldü
08.01.2016 [10:55] - Gündəm, Hadisə
Bakı şəhəri, Suraxanı rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin saytında verdiyi məlumata görə, yanğın çoxmənzilli yaşayış binasında qeydə alını. Vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilin 1 otağında divan 2 kv.m sahədə və yerə döşənmiş xalça yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi 1951-ci il təvəlüdlü Abbasov Mikayıl və onun həyat yoldaşı 1951-ci il təvəlüdlü Abbasova Zoya yanmış meyitləri aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 03:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bu xəbər oxucular tərəfindən 724 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed