08.02.2012 [13:13] - Gündəm
Həsənağa Dəmirçi məhkəmə iclasında: Mən, fəxr edirəm ki, Urmu gölü haqqında musiqi bəstələmişəm
Həsənağa Dəmirçi, Urmu gölünə musiqi bəstələdiyi üçün irəli sürülən ittihama görə məhkəmədə hazır olmuş və özü ilə birgə başqa müttəhimləri müdafiə edərək, İttilaat qüvvələrinin qeyri- insanı davranışlarına görə təəssüfləndiyini bildirmişdir. Həsənağa Dəmirçi, özünün və başqa mütəhhimlər üçün məhkəmənin keçirilməsini əsassız adlandırmışdır. Həsənağa, Urmu gölünə görə musiqi bəstələdiyinə görə fəxr etdiyini bildirmişdir.
Sözlərinin ardınca bildirmiş ki, xalqı və məsulları Urmu gölünün qurudulmasının faciələri haqqında bilgiləndirmək hər bir sənətçinin görəvidir.
Həsənağa həmçinin İttilaat məmurlarının yenicə toy etmiş bir cavanın toyundan neçə gün sonra tutuqladıqlarından təəssüfləndiyini bildirmişdir. Bu tutuqlamanın cavan və xanımın ruh narahatlığına səbəb olduğunu bildirmişdir. Belə bir davranışın xoşa gəlməz və etikdən uzaq olduğunu söyləmiş və belə bir işlərin bir hakimiyyətə yaraşmadığını bildirmişdir.
Həsənağa Dəmirçi, sözlərinin ardında özünün və özündən başqa ittihamlanan üç nəfəri təqdirə layiq bilmişdir və hakimə söyləmiş, size bizi mükakimə etməməlisiniz. Bizi təqdir etməli, təşəkkürünüzü bildirməlisiniz.
1 Fevral 2011 tarixində Həsənağa Dəmirçi və başqa 3 Azərbaycan kültürəl fəalının məhkməsi Təbriz inqilab məhkəməsinin birinci şöbəsində keçirilmişdir. Bu məhkəmə iclasının hakimi Həməlbər adlı hakim olmuşdur. Bu insanlar , Qaya Rəqs qrupunun başçısı Əlirza Hüseynzadənin toyunda iştirak etdikləri və Həsənağa Dəmirçinin tərəfindən Urmu gölü haqqında mahnı oxunduğu üçün tutuqlanmışdılar. Əlirza Hüseynzadə(Bəy), Əli Lütfipur( Kameramən) və Cavad Şabanın( Şadlıq Sarayının yiyəsi) “hökümət əleyhinə təbliq” və “milli güvənliyə qarşı toplaşma”, Həsənağa Dəmirçinin ittihamı isə Urmu gölünə musiqi bəstələmək vasitəsi ilə “nizam əleyhinə təbliq etmək”dir.
Yunus Süleymani (Araz) Aclıq aksiyasına Başladı
Fevralın Birindən başlayaraq Yunus Süleymani(Araz) aclığa başlayıb. Araz süleymani ikinci dönə olaraq bu gün İttilaat qüvvələri tərəfindən Ərdəbil zindanında sorqulanmağa çağırılmış. Bu sorğulanma yenə də hədələr və töhmətlərlə olub. Bu sorğulamadan sonra Yunus bəyin zindandakı əl yazmalarını və bir sıra başqa şəxsi vəsayilini aparıblar. Fevralın Birindən etiraz olaraq, aclıq aksiyasına başlayan Yunus bəy , telefon edərək öz ailəsi və yoldaşlarına bildirib ki, şənbə gününə qədər vəsayilimi qaytarıb, rəsmi üzr istəməsələr , quru aclıq aksiyasına keçəcəm.
Nəim Əhmədi Xiyavi habs olunub
Güney Azərbaycan Milli Hərəkatının fəalı Nəim Əhmədi Xiyavi Meşkinşəhr şəhərində həbs olunub. məlumata görə, Nəim Əhmədi Xiyavi meşkin zindanına gönderilibdir.
Artırmalıyıq ittelaat əməkdaşları tərəfindən iyunun 14-də soydaşımızı şəxsi mənzilində yaxalanmışdır və Yüz gündən çox təkadamlıq kamerada saxlanmışdı, Nəim Əhmədi Xiyavi bu müddət ərzində ağır işgəncələrə məruz qalıb. Nəhayət, 5 aylıq həbsdən sonra soydaşımız 220 min ABŞ dolları məbləğində mülk girovu müqabilində müvəqqəti azadlığa buraxılıb. Daha sonra Nəim Əhmədi Xiyavi Təbriz İnqilab Məhkəməsi tərəfindən 6 ay azadlıqdan məhrum edilib.
İran Səfiri: Qırğızıstanın İrana Hücum Vəziyyətində hərbi qərargahını ABŞa Açmayacağına İnanırıq
İranın Qırğızıstan Səfiri Manuçehr Morandi, ABŞın İrana istiqamətli olabiləcək bir hücumu əsnasında Qırğızıstanın bu ölkəyə hərbi qərargahını açmayacağına inandıqlarını söylədi.Bu gün Bişkekdə jurnalistlərlə danşan Morandi, Qırğızıstan Respublika başçısı Almazbek Atambayevin Bişkekdəki ABŞ hava hərbi qərargahın bağlanılması lazım olduğu istiqamətindəki şərhini xatırladaraq, "Bu mövzuyla əlaqədar olaraq Qırğız səlahiyyətlilərlə görüşüldü. Özləri, belə bir hücum vəziyyətində hərbi qərargahı açılmayacağını söylədilər" dedi. Morandi,Qırğızıstan ilə İran, eyni bölgədə dostanə şəkildə yaşamağa və bu dostluq əlaqələrini inkişaf etdirməyə davam edəcək" deyə danışdı.
Mahmud Əhməd Nejad Məclisə çağırıldı
İran ölkə başçısı Mahmud Əhməd Nejad müxtəlif mövzulardakı suallara cavab verməsi üçün Məclisə çağırıldı.
İran Məclisindəki 290 millət vəkilindən 79-unun imzasıyla təqdim edilən təklifə görə, Əhməd Nejad Məclisə gələrək müxtəlif mövzulardakı suallara cavab verməli olacaq.Respublika başçısı Əhməd Nejadən nəqliyyat, iqtisadiyyat, sübvansiyonlar, nazirlərin təyin edilməsi və vəzifədən alınması, Məclisin vəzifə və səlahiyyətlərini sorğulayan ifadələr istifadə etməsi, hökumət xərcləri, ictimai, mədəni və dini mövzulardakı tətbiq və ifadələri də daxil digər mövzulardakı sualları cavablandırması və açıqlaması etməsi gözlənilir.Məclis və hökumət arasında uzun bir müddətdir mübahisə mövzusu olan suallara cavab verilməsi üçün Əhməd Nejadın göndərdiyi nümayəndələri dinləyən millət vəkilləri, çıxış və təkliflərdən razı olmayınca şəxsən Əhməd Nejadın gəlməsini tələb etmişlər.On maddədən ibaret sualların Məclisdə bu gün oxunmasının ardından suallardan ibarət mətnin Əhməd Nejada göndəriləcəyi ifadə edildi.Ölkə başçısı Əhməd Nejad , qanun gərəyi bir ay içində şəxsən sualları cavablandırması üçün Məclisə gəlməlidir.
Suriyada qaçırılan İran vətəndaşlarından 11 nəfəri sərbəst buraxılıb
Onlar Türkiyənin vasitəçiliyi ilə azad ediliblər. Özünü Azad Suriya Ordusu adlandıran silahlı qruplaşma yaydığı açıqlamada İran xalqı ilə düşmən olmadığını, sadəcə rəsmi Tehranın Bəşər Əsəd rejiminə verdiyi dəstəkdən narahat olduqlarını bildirib. Bu barədə APA “Mehr” xəbər agentliyinə istinadən xəbər yayıb.
Qeyd edək ki, son iki ay ərzində Suriyada 35 İran vətəndaşı qaçırılıb. Onların əksəriyyəti Suriyadakı müqəddəs yerləri ziyarət etməyə gedən zəvvarlardır.

Bu xəbər oxucular tərəfindən 2067 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |