Şrift:
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində tikinti sahəsinə aid 102 dövlət standartının layihəsinə baxılıb.
08.01.2016 [11:09] - Gündəm, İqtisadiyyat
Bu barədə Komitənin 2015-ci ilə dair hesabatında deyilir.

Məlumatda qeyd olunur ki, onlardan 17 standartın ləğv olunaraq yenidən işlənilməsi, 18 standarta dəyişiklik edilərək müasir normalara uyğunlaşdırılması qərara alınıb. Digər 67 standartın isə müasir tələblərə uyğun olduğu müəyyən olunub.

Ötən ildə metrologiya sahəsində 257 ədəd ölçmə və sınaq vasitələrinin tipi təsdiq edilərək Azərbaycan Respublikasının Ölçmə Vasitələrinin Dövlət Reyestrinə daxil edilib.

Ölçmə vasitələrinin metroloji xarakteristikalarının həqiqi qiymətinin təyin edilməsi məqsədi ilə Dövlət Metrologiya Xidmətinin laboratoriyalarında hesabat dövrü ərzində 650 ədəd işçi etalonlarının kalibrlənməsi həyata keçirilib. Nəticədə müvafiq olaraq 556 ədəd kalibrləmə sertifikatı və 94 ədəd yararsızlıq haqqında bildiriş verilib. Həmçinin Xidmət tərəfindən verilən kalibrləmə sertifikatları barəsində müvafiq məlumatlar Komitənin elektron reyestr sisteminə mütəmadi olaraq daxil edilib.

2015-ci il ərzində Komitə yanında Dövlət Akkreditasiya Xidməti tərəfindən Respublikanın 22 şəhər və rayonlarında fəaliyyət göstərən təsərrüfat subyektlərinin müraciəti əsasında 115 uyğunluğun qiymətləndirilməsi orqanı akkreditasiya edilib ki, onlardan da, 80-i laboratoriyalar, 22-si oxşar məhsulların sertifikatlaşdırılması orqanları, 2-si personalın sertifikatlaşdırılması orqan, 6 inspeksiya orqanı, 5 idarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanları təşkil edib.

2015-ci ildə sənaye mülkiyyəti obyektləri üzrə ixtiralara dair 81 pa­tent ve­rilib, on­­lardan 79 ədədi milli, 2 ədədi isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub. Faydalı modelə dair 12 patent qeydiyyata alınıb ki, onlardan da 9 ədədi milli və 3 ədədi isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub. Sənaye nümunələrinə dair 18 pa­tent ve­­rilib, on­­lardan 7 ədədi milli, 11 ədədi isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub.

Hesabat dövründə Dövlət re­­­yest­rin­də 1755 ədəd əm­təə ni­şanı qey­diyyata alınıb ki, on­­lardan 813 ədədi milli, 942 ədədi isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub. Həmçinin coğrafi göstəricilər üzrə istifadə hüquqlarına dair 4 ədəd şəhadətnamə milli fiziki şəxs adına qey­diyyata alınıb.

2015-ci ilin on ayı ərzində sahibkarlıq subyektlərində dövlət nəzarətinin aparılması üçün ümumilikdə 1617 qərar verilib. Dövlət nəzarəti qaydasında aparılan yekunlaşmış yoxlamaların 855-i yəni, 53%-i ərzaq məhsullarının, 474-ü təxminən 29.3%-i qeyri-ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti, 288-i isə yəni, 17.8%-i dövlət metroloji nəzarətə aid olub.

Aparılmış yoxlamalar zamanı 980 təsərrüfat subyektində standartların, metroloji norma və qaydaların tələblərinin pozulması halları aşkar edilərək barələrində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülüb, aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün müddət müəyyən etməklə müəssisələrə 980 məhdudlaşdırıcı qərar verilib.
Bu xəbər oxucular tərəfindən 807 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed