Şrift:
İhsanoğlu: Türkiyə İran və Səudiyyə Ərəbistanı arasında vasitəçi olmalıdır
09.01.2016 [15:43] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyə İran və Səudiyyə Ərəbistanı arasında vasitəçi olmalıdır. "Türkyurduhaber" internet-qəzetinin verdiyi məlumata görə, bunu İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi, hazırda isə Milliyyətçi Hərəkat Partiyasından deputat olan Ekmələddin İhsanoğlu deyib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı və İran münasibətlərində böhran qanlı nəticələrə gətirib çıxara bilər: "Türkiyə bundan xeyli zərər görə bilər".

E.İhsanoğlu qeyd edib ki, Türkiyə parlamenti dərhal iki ölkə arasında vasitəçilik üçün xüsusi komissiya yaratmalıdır.
Bu xəbər oxucular tərəfindən 705 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed