Şrift:
2015-ci ildə sahibkarlara 248.5 milyon manat güzəştli kredit verilib
11.01.2016 [11:13] - Gündəm, İqtisadiyyat
Sahibkarların maarifləndirilməsi və onlara dövlət maliyyə dəstəyinin göstərilməsi məqsədilə 2015-ci ildə İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 39-u regionlarda, 7-si isə Bakı şəhərinin qəsəbələrində olmaqla 46 işgüzar forum keçirilib, 4000-dən çox sahibkar iştirak edib.

Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, bu tədbirlər çərçivəsində sahibkarlara güzəştli kreditlər verilib, kreditlərin verilməsi mexanizminə dair maarifləndirici treninqlər keçirilib, sahibkarlara nümunəvi investisiya layihələri təqdim olunub.

Ümumilikdə, ötən il İSN-nin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5243 sahibkara 248.5 milyon manat güzəştli kredit verilib.

Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdıdırlması 12600-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradır.
Bu xəbər oxucular tərəfindən 700 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed