Şrift:
Azərbaycan tarixiylə bağlı yanlış məlumatlar 'Eurovision'un saytından çıxarıldı
08.02.2012 [21:39] - Gündəm
Xəbər portallarında yayımlanan "Eurovision'un rəsmi saytında Azərbaycan tarixi təhrif edildi" adlı xəbər böyük rezonansa səbəb olub.

Bu xəbərdən sonra sayt rəhbərliyi yanlışlığı aradan qaldırıb və "Midiya qədim kürd tayfasıdır" cümləsini saytdan çıxarılıb. Bu haqda mətbuata “Eurovision -2012” mahnı müsabiqəsinin İşçi Qrupunun PR və kommunikasiya rəhbəri Tahir Məmmədov məlumat verib: «Eurovision.tv saytında Azərbaycanla bağlı bir müddət əvvəl materialla tanış olduqda bəzi məqamlar bizi də qane etmədi və bununla bağlı məsul şəxslərlə danışdıq. Təbii ki, onlar bizimlə razılaşdılar. Bir həmkar kimi onlar bizim bu və ya digər müraciətlərimizə hər zamankı kimi adekvat reaksiya verdilər. Nəticədə tarixi həqiqətləri əks etdirməyən həmin məqam saytdan çıxarılıb. Çox qısa vaxtda saytda bütün istifadəçilər ölkəmiz haqqında daha mükəmməl yazını oxuya biləcəklər».

T.Məmmədov Eurovision.tv saytında bu cür informasiyaların yerləşdirilməsi ilə bağlı azərbaycanlı istifadəçiləri və jurnalistləri qınayıb: “Bu, materialı hazırlayan müəllifin deyil, onun istinad etdiyi mənbənin səhvidir. Onlar isə bu məlumatları beynəlxalq ensiklopediya hesab olunan vikipediyadan götürürlər. Bu cür məqamlardan müxtəlif yozumlu yazılar hazırlayan bəzi həmkarlarımız yaxşı olar ki, bircə dəfə vaxtlarını vikipediya kimi yanlış informasiyalarla dolu beynəlxalq ensiklopediyalardakı səhvlərin düzəldilməsinə sərf etsinlər. Bax, bu əsl vətəndaş mövqeyi olardı».


Xatırladaq ki, saytda Azərbaycan tarixi bölməsində qədim Midiya dövləti haqda yazılmışdıı ki, midiyalılar hind-avropa mənşəli olublar və müasir kürdlərin əcdadlarıdır.
Bu xəbər oxucular tərəfindən 872 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed