Şrift:
İran ABŞ-a məxsus iki hərbi gəmi saxlayıb
13.01.2016 [10:06] - Gündəm, Hərb
İran ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus iki gəmi saxlayıb.

RİA Novosti agentliyinin verdiyi məlumata görə, gəmilərin heyətləri ilə əlaqə kəsilib.

Pentaqonun mətbuat katibi Piter Kuk bildirib ki, İranla təmas yaradılıb və heyət üzvlərinin və gəmilərin tezliklə sərbəst buraxılacaqlarını vəd edilib.

Həmçinin məsələ ilə bağlı ABŞ dövlət katibi Con Kerri İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə telefon əlaqəsi yaradıb.

İran XİN rəhbəri bidirib ki, ABŞ gəmiləri tezliklə yola davam etməyə icazə veriləcək.
Bu xəbər oxucular tərəfindən 614 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed