Şrift:
Ədalət Muradov: Azərbaycanda qeyri-neft sektorunun inkişafını stimullaşdırmaq üçün daha liberal şərait yaratmaq lazımdır
13.01.2016 [10:12] - Xəbərlər, İqtisadiyyat
Azərbaycanda qeyri-neft sektorunun inkişafını stimullaşdırmaq və bunun üçün bu sektora daha çox sərbəstlik vermək, onlar üçün daha liberal şərait yaratmaq lazımdır. Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov deyib.

Rektorun sözlərinə görə, iqtisadi inkişafın müxtəlif mərhələlərində müxtəlif tədbirlər həyata keçirilir ki, bunlardan biri də devalvasiyadır: “Şübhəsiz ki, ilkin mərhələdə müəyyən hallar olacaq. Amma onların hamısı qarşısı alına biləcək neqativlərdir. Düşünürəm ki, bu mənfi təsiri minimuma endirmək üçün hökumətin əlində kifayət qədər alətlər var”.

Ə.Muradov deyib ki, əvvəlki dövrlərdə yaradılmış qeyri-neft sektorları Azərbaycandakı mənfi təsirləri qısa müddət ərzində neytrallaşdırmağa imkan verir: “Devalvasiya iqtisadiyyatda baş verən proseslərə bir reaksiyadır. Artıq o reaksiya verilib, indi isə iqtisadiyyatın özünün devalvasiyaya reaksiyası olacaq. Düşünürəm ki, bütövlükdə Azərbaycanın gələcək inkişafı baxımından devalvasiya qaçılmaz bir tədbir idi. Son nəticədə Azərbaycan makroiqtisadi tarazlığın bərpa olunması, yerli istehsalın stimullaşdırılması, qeyri-neft sektorunun idxal malları ilə rəqabətinin artırılması baxımından müsbət təsir göstərəcək”.
Bu xəbər oxucular tərəfindən 768 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed