Şrift:
Devalvasiyadan sui-istifadə edənlərə qarşı tədbirlər davam edir
15.01.2016 [10:21] - Xəbərlər, Hüquq
Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində manatın məzənnəsindəki dəyişiklikdən sui-istifadə edənlərə qarşı tədbirlər davam etdirilir. Bunu bu gün 2015-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərə dair kütləvi informasiya vasitələri və qeyri-hökümət təşkilatları nümayəndələrinin iştirakı ilə bağlı keçirilən mətbuat konfransında baş prokurorun müavini, İdarənin rəisi Kamran Əliyev deyib.

Qurum rəhbəri bildirib ki, manatın məzənnəsində baş vermiş dəyişiklikdən istifadə edərək süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə hallarına qarşı kəsərli mübarizə tədbirləri davam etdirilir: "29 dekabr 2015-ci il tarixdə İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və Dövlət Xidməti ilə birgə təsdiq edilmiş tədbirlər planının icrası ilə əlaqədar istehlak bazarında baş verə biləcək süni qiymət artımı, inhisarçılıq və sui-istifadə hallarına qarşı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən zəruri qabaqlayıcı və inzibati, o cümlədən cinayət təqibi tədbirləri həyata keçirilməkdədir".
Bu xəbər oxucular tərəfindən 823 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed