17.01.2016 [17:44] - Gündəm, İdman
Vasif Namazov idman sahəsində anti-böhran təklifi irəli sürüb
Alpaqut Turan döyüş sənətinin müəllifi, Beynəlxalq dərəcəli idman ustası Vasif Namazov idman sahəsində anti-böhran təklifi irəli sürüb. Təklifi olduğu kimi təqdim edirik:
"Bu gün dövlətimiz iqtisadi cəhətdən ağır günlər yaşayır. Bölgələrdə sosial narazılıqlar baş qaldırır. Belə olan halda dövlət büdcəsinin qənaətlə xərclənməsi və xüsusilə də ehtiyac olan sahələrə xərclənməsi lazım olduğu mütləqdir. Bilirsiniz ki, ölkəmizdə de-yure güya fəaliyyət göstərən, əslində de-fakto heç bir fəaliyyəti olmayan, (olsada gözdən pərdə asmaq üçün ) ( büdcədən formalaşan) (əslində isə pul silmək üçün yaradılan) geydirmə idman Federasiyaları var. Təklif edirəm ki, bütün idman federasiyalarının büdcədən maliyyələşməsi dayandırılsın. Gürcüstanda tətbiq edilən model qüvvəyə minsin. Kim nə qədər federasiya istəyir getsin ( təbii ki fəaliyyəti olan təşkilatlar və ya klublar) yaradsın. Bu federasiyalar özləri özlərini maliyyələşdirsin. Federasiyaların özlərini maliyyələşdirməsi onların nizamnaməsində açıq şəkildə göstərilir. Belə olan halda, bu gün idman nazirliyinin illik təqvim planına adı düşüb dövlətdən maliyyə alan, əslində isə heç bir iş görməyən idman federasiyaları fəaliyyətsiz duruma düşəcək. Fəaliyyət göstərməyən idman federasiyaları isə qanuna uyğun şəkildə qapadılsın. Bu Azərbaycan idman sahəsində yeni bir mərhələ yaradacaq. federasiyalar məcbur olub yaxşı iş sistemi quracaqlar ki, tərəfdarları çoxalsın. Tərəfdarları çoxalan federasiya üzvləri arasında yığılan vəsaitlə öz büdcəsini formalaşdıracaq. Beləcə zəhmətkeş insanlar ortaya çıxacaq işbazlar və maklerlər əriyib ortadan çıxacaq."
Все файлы проверены, вирусов нет

Bu xəbər oxucular tərəfindən 733 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |