18.01.2016 [12:06] - Gündəm, Mədəniyyət
Azərbaycan Milli Elmlər Akademiyasının qarşıda bir neçə planları var. Bunu AMEA-nın prezidenti Akif Əlizadə Respublika Ağsaqqallar Şurasının iclasında çıxışı zaman deyib.
A.Əlizadə bildirib ki, AMEA-nın yeni açılan kitabxanasını Alimlər Evinə çevirmək nəzərdə tutulur: “Yeni kitabxana gözəl və möhtəşəm binadır. Nəzərdə tuturuq ki, kitabxananı kitabxana olaraq qalmaq şərti ilə Alimlər Evinə çevirək. Alimlər orada tələbələrlə görüşlər təşkil edib, onlarla Azərbaycanın elmi, mədəni, siyasi, iqtisadi inkişafı haqqında söhbətlər etsin”.
A.Əlizadənin sözlərinə görə, AMEA Azərbaycanda Elm Festivalı da keçirməyi nəzərdə tutur: “Həmçinin Mədəniyyət Festivalının keçirilməsi ilə bağlı təşəbbüs irəli sürmək niyyətindəyik”.

Bu xəbər oxucular tərəfindən 653 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |