18.01.2016 [13:56] - Gündəm, DAVAMın yazıları
Aqil Abbasın soğan məsələsi
…və müftə çörək yeməyə alışanlar
Ola bilsin bu yazım uzun alınacaq. Çünki illərdir düşünüb demədiklərimə də yer verəcəyəm burda. Düşünürəm ki, çox adamın xoşuna gəlməyəcək. Hətta mümkündür ki, bəzi dostlarımın da. Amma nə edim? Mən də belə düşünürəm.
Ötən həftə özəlliklə cəbhə boyu bölgələrdə bəzi vətəndaşlarımızın çörək davası etməsi fonunda açıldı bu gerçəklər. Adamlar unun qiymətinin yüksəldilməsinə etiraz edirdilər. Aralarında qaçqın-köçkün kateqoriyasından olanlar da vardı.
Bunun ardınca deputat Aqil Abbas seçildiyi Ağcabədi bölgəsinə gedərək etirazçılarla söhbət etdi. Onun “get, soğan ək” deyimi sosial şəbəkələrdə lağ obyektinə çevrildi. Yerindən duran, ağlı kəsən də, kəsməyən də Aqil bəyin bu çağırışını lağlağıya çevirdi. Ki, bəs adamın təklif etdiyi çıxış yoluna bax. Hələ çağırışlar da etdilər ki, soğanla dolanmaq olursa, gəl, sən də dolan.
Soğanla dolanmaq olur. Dolanmaq nədir, hələ bir milyonçu da olmaq mümkündür. Sadəcə bunun üçün zəhmət çəkmək, torpağa əyilmək lazımdır.
Yadımdadır, 1989-cu ildə rusların təxribatları sonucu Özbəkistanda Ahıska türklərinə qarşı ayaqlanmalardan sonra onların 10 min nəfəri Azərbaycana pənah gətirmişdi. Bu qaçqınlardan bir hissəsini bizim Xaçmaz rayonunda yerləşdirmişdilər. Təsəvvür edirsinizmi, onlar ağlamağı-sızlamağı bir kənara buraxıb özlərinə gün ağlamağa başladılar. Qapılar gəzmədilər, çörək dilənmədilər. Dərhal sovxozdan torpaq icarə edib soğan əkməyə girişdilər. Bizim camaat arasında bir şok yaşanmağa başlamışdı. Bir mövsüm bəs elədi ki, bu Ahıskalı qardaşlarımız bellərini dikəldib özlərinə gəlsinlər. Adamlar heç bir başqa hərəkətə və hərəkata baş qoşmadılar. Sadəcə sabahdan axşamadək təmiz havada, uşaqlı-böyüklü zəhmətə qatlaşdılar, bir parça halal çörək qazanmaqdan utanmadılar. Onların gəncləri isə heç bir bəhanəsiz Qarabağdakı savaşlara qatıldılar. Sonucda soğan əkən onlarla Ahıskalı ailənin gənci bu gün soğan əkməyi özünə ayıb sayan Qarabağlıların yurdlarında şəhid edildilər. Onlardan İsgəndər Aznavurov adlı birisi isə Milli Qəhrəman ünvanı qazandı.
İndi isə həmin o soğan əkən Ahıskalılar öz yaşamlarına görə heç kimdən asılı deyillər. Heç zaman da “bizə dövlət çörək versin”, – deyib haray salmazlar. Hətta bunu özlərinə ayıb sayarlar. Yenə də o Ahıskalıların gəncləri kişi kimi Qarabağda, ön cəbhədə düşmənlə üz-üzədir.
İndi bu Aqil Abbasın sözünü qəribçiliyə salanlar bir balaca zəhmət çəkməyə ərindiklərindən boş-boş lağlağıya sığınırlar. Ayıb deyilmi? Nə vaxtdan kənd adamı torpaqdan qorxar oldu? Bəlkə bunun başqa səbəbi var, biz bilmirik?
Varmış. Bugünlərdə fərqinə vardım və dəhşətə gəldim! Sən demə dövlətimiz bu məcburi köçkün kateqoriyasına aid olanlara çörəyi pulsuz verirmiş! Çörək nədir, hələ su, işıq, qaz da onlar üçün pulsuzmuş! Üstəlik, böyük əksəriyyətinə də dövlət ev tikib, pulsuz hədiyyə edib! Yəni dövlət bu adamlara hər şeyi pulsuz verir, amma onlar qiymətlərin bahalığına etiraz əlaməti olaraq… “İstefa!” şüarları qışqırırlar! Adam çaşıb qalır vallah! Qiymətin yüksəlməsindən sənə nə? Zatən müftə yeyirsən çörəyi! Qiyməti yüksəlsə nə olar, ensə nə olar?
Qaçqına, köçkünə dövlətin qayğı göstərməsi lazımdır. Bunu anlayırıq və qəbul edirik. Amma bir dövlət qaçqını-köçkünü 20-25 il bəsləməli də deyil axı. İlk illərdə yardım edilməlidir ki, adamlar birtəhər özlərinə yer eləsinlər. Qalanı bu köçkün deyilənlərin öz işi olmalıdır.
Bunlar iddia edir ki, ermənilər evlərimizi, torpağımızı əlimizdən alıb, ona görə bizə yardım edilməlidir. Yəni heç nələri olmadığı üçün. O zaman özümdən bir misal çəkim.
Qaçqın-köçkün deyiləm. Amma mən də Bakıya gələndə bir həsir, bir məmmədnəsirdim. Yəni heç nəyim yox idi. 1997-ci ildə universiteti bitirib Nizami metrosunun arxasında bir otaq kirayələmişdim. Ayı 50 dollara. Pul-para yox, işə təzə başlamışıq, amma orda da pul nə gəzir? O zamanın min manatını tapanda çox sevinirdik. Bir çörək alıb birtəhər günümüzü başa vururduq. Buna görə dövlətə yüklənmirdik ki, bizə çörək versin.
1998-ci ildə imkanlarım düzəlməyə başladı. Gənclik metrosu tərəfdə 2 otaqlı bir mənzil kirayələdim. Sahibi qaçqın idi. Başqa bir evi də vardı. Amma adam qaçqın idi. Özü də xroniki əyyaş. Məndən aldığı pulu arağa verirdi. Canı cəhənnəmə. Sadəcə həmin qaçqın dövlətin himayəsindən gen-bol yararlanırdı. Qaçqın idi axı. Özü də hələ bizim bildiyimiz 2 ayrı şəxsi mənzili olan qaçqın…
2002-ci ildə də belə bir qaçqına rast gəldim. Ev almaq istəyirdim. Hazırda yaşadığım mənzili nişan verdilər. Gəldim, baxdım, bərbad bir ev idi. Amma olsun, ən azından başımın üstündə damım olacaqdı. Sahibi satdı, mən də aldım. Uzun bir müddət təmir etdirə bilməsək də ailəcə xoşbəxt idik. Dağınıq idi, bərbad idi, amma bizim idi. Mənzili mənə satansa… yenə də bir qaçqın idi. Adam deyirdi ki, başqa bir yerdə həyət evi tikib, bina evində yaşamaqdan xoşu gəlmir, ona görə satır. O da dövlətin imtiyazlarından gen-bol yararlanırdı və yəqin ki, yararlanmağa da davam edir.
Bu örnəkləri ona görə verirəm ki, əli-ayağı yerində olan, işləyə bilən qaçqın-köçkünlər də mənim kimi öz güclərinə sıfırdan yüksələ bilərdilər. Amma bunlar dövlətin yaxasından asılmağı üstün tutdular. Hətta o dərəcədə ki, 20-25 ildir dövlət bunlara pulsuz çörək verir, amma bu nadanlar küçəyə çıxıb etiraz etməyə utanmırlar! Özü də harada? Düz erməninin burnunun ucunda! Füzulidə, Ağcabədidə, Qarabağda! Ön cəbhədə yəni!
Bəs onlara tikilən evlərin pulu haradan gəlir? Yaxud o pulsuz aldıqları çörəyin, qazın, suyun, işığın pulunu kim ödəyir? Dövlət? Bəli! Amma hansı mənbələrdən? Həm də mənim kimi vətəndaşların ödədiyi vergilərdən! Bəli, mənim kimi vətəndaş, “aman, dövlətimə bir şey olmasın”, – deyib əsir, bunlarsa utanmadan illərdir pulsuz çörək yeməyi özlərinə sığışdıra bilirlər!
Yenə də özümdən deyim. Uşaqlarımız anadan olanda eşitmişdim ki, dövlət buna görə ailəyə birdəfəlik yardım edir. Maraqlandım, öyrəndim və dedim ki, bu məbləği bağışlayıram dövlətə. Yəni o qədər ehtiyacı olan insanlarımız var ki, mən o yardımsız da keçinə bilərəm. Almadım yəni o pulları o zaman.
Yaxud da bu yaxınlarda onurğa sütunumdan 2-ci dəfə əməliyyat olunanda həkimim dedi ki, sənə artıq əlillik təqaüdü düşür. Xəstəxanadan çıxanda kağızını yazıb verərəm, gedib müvafiq prosedurları keçib təqaüdünü alarsan. Kağızımı aldım, gətirib sakitcə poliklinikaya verdim və təqaüd, əlillik söhbətini də birdəfəlik unutdum. Halbuki qanuni haqqım çatan haldır. Həkimim də deyirdi ki, başqaları min cür yola əl atır ki, belə bir sənəd əldə etsin, səninsə durumun ortadadır, yəni qanunsuz bir şey yoxdur. Həqiqətən də 2-ci əməliyyatdan sonra iş qabiliyyətim kəskin şəkildə aşağı düşüb. Çox adam bilmir ki, mən niyə tədbirlərdə az görünürəm. Çağırırlar, müxtəlif bəhanələrlə yayınıram. Çünki çox otura bilmirəm. Günümün çoxunu evdə keçirirəm ki, istirahət edə bilim. Özü də uzanıqlı vəziyyətdə. Amma dövlətimdən təqaüd almağı özümə sığışdırmıram. Sığışdırmıram nədir, bunu özüm üçün bir əskiklik sayıram belə!
Halbuki o qaçqın deyilənlərin arasında boynuyoğun, enlikürək o qədər adamlar tanıyıram ki, özlərinə saxta əlil vəsiqəsi düzəldib illərdir dövlətin qanını əmirlər! Yenə də mənim kimi vətəndaşların ödədiyi vergilər hesabına!
Dostlardan biri danışmışdı mənə. Qarabağda köçkünlərə ev paylanırmış. Dostumuzun da qardaşı növbədəymiş, ev alacaqmış. Amma son anda bəlli olur ki, ona ev çatmır. O da deyir, olsun, yenə gözləyərik. Evlər paylanır, yavaş-yavaş hər kəs köçür. Sıra gəlir evgördüyə. Adam həmin binadan ev almış əmisiqızıgilə evgördüyə gedir. Ailəcə süfrə arxasında oturub yeyib-içir, deyir-gülürlər. Söhbət əsnasında əmiqızı deyir ki, son anda basdım rüşvətdən, oğluma da ev aldım…
Yenə də özümdən deyim. 2012-ci ildə jurnalistlər üçün ilk bina tikiləndə bəyanat vermişdim ki, əgər oradan mənə mənzil versələr, imtina edəcəyəm. Bəzi dostlarım bunu dəlilik kimi dəyərləndirmişdi. Mənsə izah etmişdim ki, pis-yaxşı, darısqal da olsa başımın üstündə damım varkən, yerli-dibli mənzili olmayan həmkarlarımın küçədə qalmasına razı ola bilmərəm. O da yadımdadır ki, haqqı olan, olmayan yüzlərlə boynuyoğun həmin binadan ev almaq üçün min cür yola əl atmışdı…
Bütün bunları ona görə yazıram ki, bu müftə çörək yeməyə öyrəşmiş adamların məsələsinin birdəfəlik həll edilməsinin vaxtının çatdığını deyim. O qaçqınlara ki, dövlət pulsuz mənzil verib, onların su, qaz, işıq və çörək pulları, digər imtiyazları ləğv edilməlidir. Əgər adamların səhhətində problem yoxdursa, niyə dövlət onlara havayı çörək verməlidir? İlk illərdə bunu anlamaq olardı. Amma indi olmaz ki. Müftə çörək yediyi halda hələ küçələrə çıxıb dövlətin üzünə ağ olanların dövlətin yaxasından əl çəkməsinin vaxtı çoxdan çatıb və keçib də!
Yaşlısına, xəstəsinə, tənhasına, əlilinə bir sözüm yox, amma boynu yoğun div kimi oğlanların da qaçqın adı altında dövlətdən havayı çörək yeməyi özlərinə yaraşdırmasını heç cür həzm edə bilmərəm! Hələ onların arasında Qarabağ savaşından yayınanların olduğunu da biləndə! Bu adamların arasında indinin özündə də uşaqlarını ordudan yayındıran, yaxud da cəbhədən uzaqda xidmətə göndərməyə çalışanların olduğuna da şübhəniz olmasın.
1989-cu ilin dekabrında oxuduğum texnikumda könüllü dəstələr qurulurdu. Qarabağı ermənilərdən qorumaq üçün gedəcəkdik. Təsəvvür edirsinizmi, qrupumuzda tək bir qaçqın vardı, yalnız o, dəstəyə üzv olmadı. Qınadıq, utandırmaq istədik. Alınmadı. Özü də onun bir qardaşını ermənilər öldürmüşdü…
Sonrakı illərdə onun polisdə işlədiyini görəndə isə ikiqat şoka düşmüşdüm…
Yazdıqlarım bütün qaçqın-köçkünlərə aid deyil təbii. Sadəcə haqqı olmadan dövlətin yaxasından sallanıb utanmadan ictimai rəyi azdırmağa çalışanlara aiddir bütün bunlar. Artıq havayı çörək, qaz, işıq, su dövrü bitirilməlidir. Bu imtiyaz ləğv edilməlidir.
Yalnız şəhid ailələri, Qarabağ savaşı iştirakçıları imtiyaz ala bilər. Yerdə qalanların əli-ayağı yerindəysə, niyə dövlət onları pulsuz bəsləməlidir? Ümumiyyətlə, o etiraz edənlər arasında sap-sağlam, top kimi gənclər ki, var, onların havayı çörək yeməyi necə özlərinə yaraşdırdıqlarını anlamıram. Kişi olan kəs də havayı çörəyə göz dikərmi?…

Bu xəbər oxucular tərəfindən 857 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |