19.01.2016 [10:41] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Manatın məzənnəsinin dəyişməsindən sonra yaranmış vəziyyətdən sui-istifadə hallarına son qoyulmalıdır. Bunu Trend-ə Milli Məclisin deputatı Fərəc Quliyev Prezident İlham Əliyevin iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
F.Quliyev bildirib ki, manatın devalvasiyasından sonra həm ölkə daxilində istehsal edilən, həm də xaricdən idxal olunan məhsulların qiymətinin süni artırılması halları olub: “Hətta devalvasiyadan əvvəl gətirilən məhsulların qiyməti xeyli şişirdilib. Ölkə daxilində elə məhsullar var ki, onların istehsalında əlavə xərc tələb olunmur, yanacağın, enerjidaşıyıcıların qiyməti qalxmayıb. Belə olan halda son məhsulun qiymətinin qaldırılması düzgün deyil. Sui-istifadə hallarına son qoyulmalıdır”.
Millət vəkili hesab edir ki, bazara nəzarət olunmalıdır: "Süni qiymət artımına son qoymağın bir yolu da idxaldan asılılığı tədricən aradan qaldırmaqdır".
F.Quliyev vurğulayıb ki, Prezident İlham Əliyevin verdiyi tapşırıqları yerinə yetirməklə bu vəziyyətdən çıxmaq mümkündür.

Bu xəbər oxucular tərəfindən 712 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |