21.01.2016 [13:34] - Gündəm, Gənclik
Yaz semestrinə başlayan “ADA” Universitetinin 33 tələbəsi bu yarımilliyi dünyanın 15 müxtəlif ölkənin universitetlərində təhsil mübadiləsində davam edəcəklər.
ADA-dan verilən məlumata görə, bir semestrlik təhsil mübadiləsi “ADA”-nın bakalavr və magistrları üçün verdiyi imkanlardan biridir: ixtisaslarından asılı olaraq tələbələr həmin sahə üzrə tanınan beynəlxalq universitetlərin birində oxuyurlar.
Mübadilədə iştirak etmək üçün Universitet tələbələri yüksək akademik göstəricilər nümayiş etdirməli və Universitetdaxili qəbul müsahibəsindən keçməlidirlər.
Qarşılıqlı olaraq, ABŞ, Çin, Böyük Britaniya, Fransa, Türkiyə və Cənubi Koreya universitetlərindən bir qrup xarici tələbə bu semestri “ADA” Universitetində təhsil mübadiləsində keçirirlər.
Bu ildən etibarən “ADA” Universiteti tərəfdaş universitetlərinin sırasına daha üçünü - Kaunas Texnologiya Universiteti, Stokholm İqtisadiyyat Məktəbi və Haifa Universitetini əlavə edib mübadilə haqda anlaşma memorandumu bağladığı tərəfdaş universitetlərin sayını 18-ə çatdırmışdır.
Ötən payız semestrini Cənubi Koreyanın Hankuk Xarici Araşdırmalar Universitetində bitirən biznesin idarə edilməsi üzrə ADA bakalavrı Emin Əzizovun sözlərinə görə, Cənubi Koreya kimi dinamik iqitsadiyyatı olan ölkədə təhsil almaq, ona orada təmsil edilən müxtəlif ölkənin biznes praktikası və biznes mədəniyyəti ilə yaxından tanış olmağa kömək etmişdir - xaricdə təhsil qlobal vətəndaş və peşəkar kimi formalaşmaq üçün ən yaxşı vasitədir.
Böyük Britaniyanın Qlazqou Universitetindən qayıdan beynəlxalq münasibətlər üzrə ADA bakalavrı Xəyalə Cəfərova isə Qərb dünyasının ilk beynəlxlaq münasibətlər məktəbində oxumağın onun dünya görüşünün artırılması və Qərb diplomatiyasının tarixi əsaslarını daha yaxşı anlamasına səbəb olmuşdur. Dava vacibi isə, onun sözlərinə görə, evdən uzaq müstəqil həyat yaşamaq insanın az bir zamanda yetkinləşməsinə də kömək edir.

Bu xəbər oxucular tərəfindən 1022 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |