05.10.2011 [10:58] - DAVAMın yazıları
Ey dili qafil fil faili məchul fani f...
Yaponiyada qocalar arasında oğurluğun artma əmsalının getdikcə yüksəlməsindən danışılır. Məlumata görə, təkcə ötən il yaşı 65-i keçmiş 27 min adam mağazadan oğurluq üstündə həbs edilib. Guya qocalar bildiriblər ki, kəskin pul qıtlığı ucundan oğurliğa əl atıblar. Digər qoca oğrular isə özlərini təcrid olunmuş və tənha hiss etdiklərindən bu yola qurşandıqlarını səbəb kimi göstərmişlər. (Bu xəbər Yaponiyada o məşum fəlakət baş verməmişdən bir həftə qabaq açıqlanmışdı).
Yaponiyadan fərqli olaraq bizdə oğurluğu əsasən gənclər edir. Bu cinayəti də imkansızlıq, işsizlik ucbatından törədirlər. Bir qismi isə oğurluğa bir peşə kimi yiyələnib.
Oğurluq cinayət olaraq dünyada qəbul edilir.
Qocalıq bir yandan da müdriklik sayılır.
Qədim mədəniyyətə sahib olan Yaponiya kimi bir ölkədə qoca yaponların oğurluğa meyllənməsi olayı artıq Yapon mədəniyyətində inancın ortadan çıxmasını göstərir.
Qocalığın, qocalıqdan müdrikliyin uzantısında axtarsan ancaq inanc keçər girinə.
Əgər Yaponiya kimi bir mədəniyyətin varlığında inanc dəyərləri azalırsa, sarsılırsa, yüksək elmi potensiala sahib olan bu ölkənin gec-tez yıxılmayacağına necə inanmayasan.
Düzdür, əsl dövlətlər öz ayaqda duruşunu gəncliyin potensialı, yaradıcı enerjisi üzərində qururlar. Ancaq bu yaradıcı gəncliyi bir ölkə üçün istifadə olunub atılacaq nəsil, yaxud güc kimi dəyərləndirsək necə? Reallıq ortalıqdadır- yuxarıda təqdim olunan faktda.
Oğurluğa baş qoşmuş bu Yapon qocaları dünən- 20-30-40 il əvvəl super bir dövlətin, ölkənin inkişafı naminə öz qabiliyyətlərini nümayiş etdirməkdən çəkinməmiş, hətta başqa bir məmləkətə köç etməyərək, doğma vətənlərini tərk etməmişlər. Bir Yapon qocasının müdriklik yaşına çatdığında, bir başqasının ehtiyacı olduğu hansısa bir malına göz dikməsi, oğurlaması əxlaqi bir yarğımıdır? Hərdən mənə elə gəlir ki, bu mədəni ölkənin mədəniyyətsiz qocaları bir az da məşğuliyyət axtarır, bir az da şou düzənləyir, bir az da zarafat kimi nəsə edirlər. Bu zarafatın sonucu həbs məkanlarıyla bitirsə, demək ağıllı Yapon qocaları burdan özləri üçün bir çıxış yolu da seçmişlər.
Yaponiya inkişaf eləmiş bir ölkədir. Bu məmləkətdə sosial sorunlar hər halda kökündən həll olunmuş durumda. Ancaq işin içində qocaların olması daha maraqlı nüansları ortaya çıxarır. Onlar sıxıldıqlarını da deyirlər. Həbsxanaları həmsöhbət axtarmaq baxımından daha münasib hesab edirlər yəqin. Həbsxana onlar üçün söhbətləşmək, gənclik illərini, uşaqlıq dönəmini xatırlamaq baxımından daha əlverişli sayılması gərəkir. Hər halda göydələnlərdə bir qocanın başqa bir qocanı düşüb axtarması, tapması daha zor. Ancaq bu qocaların dərdləri bir araya gəlib dərdləşmək olsaydı, deyək, qocalar evlərinə də doluşa bilərdilər.
Demək məsələnin kökündə dərdləşmək, danışmaq deyil, macərapərəstlik dayanır. Bu oğru qocalar artıq birbaşa belə bir addım atmaqla sadəcə məzələndiklərini üzə çıxarır, sonra da başlarına gələn olayı ballandıra -ballandıra danışmaq eşqinə düşüblər. Məncə, qoca yaponların oğruluq sevdasına düşmələrinin kökündə danışmaq, söhbət eləmək, özünü anlatmaqdan başqa bir şey durmur. Bəlkə də bu gün bir oğurluq üstə tutulan qoca bir yaponun cibində minlərlə halal para-pulu da ola bilərdi. Bu oğurluq əyləmi artıq Yapon əsilli qocalar üçün bir əyləncəyə çevrildiyini görəcəksiniz. Mənim üçün maraqlı olan bir də bu insanların bu ahıl yaşlarında oğurladıqları əşyaların içərisində ən çox nələrin, hansı əşyaların çoxluq təşkil etmələridir. Yəqin yapon sosioloqları bunu araşdırmağa vaxt tapmamışlar.
Ömrlərinin ən müdrik çağında oğurluq elə, həbsə atıl, bu ağıl alan işə oxşamır.
Bu gün qocalar bir ölkədə əşya oğurlayıb ehtiyaclarını gedərirsə, sabah artıq qocaların adama keçəcəkləri gözləntisindəyəm.
Bir etnosun qocası, həyatda bütün təcrübələri keçmiş, ömrünün bütün ehtişamını sürdürərək öz yaşamlarını cinayətlə başa vururlar. Onlar bu dünyadan gəldikləri aləmə çinayət yarqısı üzərlərində getmək istəklərini şüuraltındakı Yapon mədəniyyətinin siptomlarıyla bəlkə izah eləmək gərəkir.
Qocalmaq ölümə imza atmağa daha yaxın bir durumdur. Yapon qocalarının ahıl yaşlarında cinayət eləmələri elə bil hardasa ölümə qarşı bir üsyan instiktidir. Sadəcə bu, ölümü qorxuzmağın, ömrün bir az uzatmağın səriştəsi sayıla bilər.
Oğurluğun cinayət sayılması təsbitlənmiş bir gerçəkdir. Nə yaxşı yapon qocaları adam öldürmək deyil, hər hansı bir əşyanın mənimsənilməsinə üstünlük vermiş, belə bir cinayət yolunu seçmişlər. Əgər bir qoca yapon cinayət işlətmək xatirinə bir başqasını qətl etmək həvəsinə gəlsəydi, ola bilsin, ilk etapda onun özünə də xəsarət yetirilməsi mümkün idi. Demək onların bir başa bu qədər cinayət növləri arasında oğurluğu seçmələri onların qorxu hisslərinin güclü olmasından xəbər verir.
Yaponların inanc sistemləri ömür içərisində cəmiyyətlə toqquşmasında hardasa intihara, xarakiriyə səy göstərən inanclardır. Xarakiri onların yaşam ayinlərindən mədəniyyət etiqadına keçmiş bir hadisədir, ritualdır. İndi düşünün, ruhunda xarakiri gəzdirən, ölümünü bir yük kimi daşıyan bir yapon, özü də qoca sinnində qalxıb da oğurluqla uğraşırsa, bu oğurluq isə “təkcə ötən il yaşı 65-i keçmiş 27 min adam mağazadan oğurluq üstündə həbs edilib” kimi xəbərlə dünyanın xəbər saytlarını bəzəyirsə, burda başqa bir Yaponiya, başqa bir xarakiri axtarmaq gərəkir. Mağazada oğurluq dediyin zaman onların, qoca yaponların mədəsindən, qarnından, iştahından, həm də onların imkansızlığından söhbət gedir.
Yapon dediyim zaman ilk ağlıma gələn yapon elmi, yapon inancı, yapon yazarı, yaponların ayin halına çevirdikləri xarakiri əyləmi yadıma düşür. Samuraylar haqqında isə heç danışmaq istəmirəm. Bir yapon qocasının qocalığında samuraylıq, xarakirilik, yapon elmi, yapon yazarlarının düşüncə tərzi şahlığını qoruyur.
Demək, bir qoca yaponun oğurluğunun içində yapon yazarlarının dünyanı duyum tərzi, yapon elmi, Naqasaki, Xirosima, 1946-cı il, samuraylıq, xarakirilik, buddis inancı da yerini almaqdadır. Bir yapon qocası o oğurluğu elədiyi zaman bütün bu sadaladığım anlayışların gücüylə onlar cinayətlərini gerçəkləşdirir, oğurluqlarını həyata keçirir, qocalıqlarına başqa bir yarqı da əlavə edir. Nəhayət həyatda eləmədikləri ən möhtəşəm zarafatlarıyla diqqətləri üzərlərinə çəkirlər. Mən yapon qocalarının bu addımlarını Yaponiyanın ən ibrətamiz lətifəsi hesab edirəm.

Bu xəbər oxucular tərəfindən 1851 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |