22.01.2016 [10:58] - Gündəm, Sosial
Azərbaycan multikulturalizmi bir model kimi multikulturalizm ənənələrindən uzaqlaşmaq istəyən bir çox ölkələr üçün örnəkdir.
Bunu Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanın multikulturalizm modeli işləkdir: "Bu model dostlarımızı sevindirir, bədxahlarımızı qıcıqlandırır".
K.Abdulla deyib ki, Azərbaycan multikulturalizmi dünya üçün nümunədir: "Ölkənin multikulturalizminə olan maraq Azərbaycanın dünyada tarixi, örnək dəyərlərə malik olan ölkə kimi tanıdılmasının nəticəsidir".
K.Abdulla bu gün Azərbaycanda bütün din nümayəndələrinin sərbəst olduğunu, multikulturalizm ənənələrinin Azərbaycan Prezidentinin söylədiyi kimi, həmişə yaşayacağını da söyləyib: "Bu gün Azərbaycanda hansısa bir yəhudinin yanından keçən azərbaycanlı ona nifrət və ya təəccüblü şəkildə baxmır. Azərbaycanın belə bir təcrübəsi isə Avropada maraqla qarşılanır. Azərbaycanın multikulturalizm modeli bir növ katalizator rolunu oynayır. Avropanın bir çox qabaqcıl ölkələri multikulturalizm ənənələrindən əl çəkib. Amma Azərbaycanda multikulturalizm yaşayır və yaşayacaq".

Bu xəbər oxucular tərəfindən 1051 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |