Şrift:
Əhval-ruhiyyənin mövsümi pisləşməsinə meyillilik doğum tarixindən asılıdır
09.02.2012 [17:51] - Gündəm
Yeniyetmələrdə əhval-ruhiyyənin sıçrayışları adətən harmonal dəyişikliklər, qarşılıqlı münasibətlərdəki problemlər, yaxud da valideynlərə adi hörmətsizliklə əlaqələndirilir. Lakin alimlər güman edirlər ki, bu amil uşaq doğularkən proqramlaşdırılmış xüsusiyyətlərlə şərtlənir. Bu barədə "The Daily Mail" yazır.

Tədqiqatçılar müəyyən ediblər ki, yazda, yaxud yayda dünyaya gələn yeniyetmələr qışda emosional fonun azalmasından tez-tez əziyyət çəkirlər, halbuki payızda və ya qışda doğulmuş uşaqlar barəsində bunu söyləmək olmaz. Göründüyü kimi, burada uşağın anadan olduğu ilk günlərdə təbii işığı görüb-görməməsi çox əhəmiyyətlidir. Axı, işıq əsəb sistemini proqramlaşdırır.

Bolonya Universitetindən olan ekspertlərin fikrincə, əgər yayda doğulan uşaq gün işığında uzun müddət qalarsa, o, mövsümi affekt nasazlığa meyillidir. Bu 10-17 yaşlarında 1523 yeniyetmənin timsalında sübut olunub.

Alimlər artıq yayda və qışda doğulan uşaqlar arasında fərq barədə fikir söyləyiblər. Misal üçün, "qış uşaqları"nın allergik xəstəliklər və şizofreniyaya, "yay uşaqları"nın isə genetik xəstəliklərə meyilli olduğu müəyyənləşib.
Bu xəbər oxucular tərəfindən 986 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed