25.01.2016 [12:21] - Gündəm, Sosial
Azərbaycanda İpoteka Fondunun xətti ilə verilən kreditlər üzrə faiz dərəcələrinin dəyişməsi inflyasiya nəzərə alınmaqla tənzimlənəcək. Bunu maliyyə naziri Samir Şərifov ANS telekanalına müsahibəsində deyib.
Onun sözlrəinə görə, İpoteka Fondu səhmdar cəmiyyəti kimi (o daha əvvəl Mərkəzi Bankın nəzdində fəaliyyət göstərirdi) fəaliyyət göstərəcək: "Səhmdar cəmiyyətin Müşahidə Şurası olacaq, onun tərkibinə Mərkəzi Bankın və bir sıra dövlət strukturlarının nümayəndələri daxil olacaq. Müşahidə Şurasına ipoteka kreditləri üzrə faiz dərəcələrini müəyyənləşdirmək və onları bazardakı şəraitə uyğun tənzimləmək səlahiyyəti veriləcək. İnflyasiyanın artımı zamanı bu, faiz dərəcələrində nəzərə alınacaq".
S.Şərifov bu il Azərbaycanda inflyasiyanın 10-12 faiz səviyyəsində proqnozlaşdırıldığını qeyd edib.
Nazir bildirib ki, fondun fəaliyyətində digər dəyişiklik onunla əlaqədardır ki, ipoteka kreditlərinin məbləği bundan sonra fondun Müşahidə Şurası tərəfindən də müəyyənləşdiriləcək: "İndiki məbləğlər hazırkı şəraitin reallıqlarını əks etdirmir və verilən kredirtlərin həcmini artırmaq zərurəti var. Sənədlər artıq hazırdır və qərar yaxın bir neçə gün ərzində qəbul ediləcək".

Bu xəbər oxucular tərəfindən 699 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |