05.10.2011 [10:59] - DAVAMın yazıları
Künc, evin görünməyən, işıq düşməyən hissəsinə deyilir ki, nə qədər gur işıqlandırılsa da ora evin ziyasından pay düşmür. Hər yerin küncü olur. Evin, həyətin, hətta cəmiyyətin. Bütün künclərdə qalanlar bir gün ortaya çıxır, cəmiyyətin küncündə olanlarsa ordan cəmiyyətə üfunət iyi saçır.
Çünki cəmiyyət özü öz “künc”ünü və küncündəkiləri təmizləmək istəmir. Hətta oranı daha da “abad”laşdırmaqdan ötrü əlindən gələni edir. Misal üçün: qaçqınlar üçün şəhərciklər, qumar oynayanlar üçün kazinolar, əxlaqsız olmaq üçün isə “Night klub”lar yaradır.
Qəribə təzaddır, deyilmi?!
Bir anlıq bu yazını oxuyandan sonra qadınlarınızın simasında yaranan ifadəyə baxın. Dəhşətli olacaq amma bacarın.
Hər bir insanın iç dünyasında heç kimin görmədiyi, heç kimin sezə bilmədiyi bir nur var ki, bu nuru kişilər qadınlarına, övladlar Analarına borcludur. O nur yaşadır insanı, mənəvi sınmadan qoruyur. Vay o günə ki, o nur sönə...söndürələr!
Mən çox təəssüf edirəm ki, rəssam olmamışam. Əgər olsaydım dilənən kişilərin yazıqlıq yağan baxışlarını, məşhur şəxsiyyətlərin göz yaşlarını, bir də qadınların talelərini dilənməklərini qələmə alardım. Məğrur görkəm arxasında dayanan miskinliyi çəkərdim. Ən əsası isə Azərbaycanda “iş vermə” səlahiyyətinə malik “üzdəniraq müdir”lərin simasını yaradardım. Bir də “pozdurulmuş” qadınların əzablarını...
Sifətlərdə hərdən elə ifadələr görürəm ki, onları uzun müddət unuda bilmirəm. Fahişə “Ülviyyə”nin siması kimi...
-Sevdim!
Başqa heç nə demədi. Biz də soruşmadıq. Bütün dərdini bir damla göz yaşına sığdırdı.
Onu əvvəldən də tanıyırdım. Gözəl mənəvi dünyası, dərin düşüncələri vardı. Bir qadın kimi arzuları da vardı. Və ən əsası sevməyi bacarırdı. Yaşamağı, insanları, həyatı, hətta nifrəti belə sevirdi. İlk zərbəsini sevdiyindən, qalanlarını da cəmiyyətdən aldı və...
Düşüncələrimi çatdıra bilməsəm qınamayın məni. Əlim əsir bu yazını yazmağa. Döşündən süd verib oğul böyütmək hara, “fahişə” adı daşımaq hara?!
Bir vaxt bir kişinin dilindən eşitdiyim bir kəlmə bütün ruhumu titrətmişdi; “ən ağıllı insanlar belə dəlicəsinə sevməyi bacarırlar!”
Və dəlicəsinə sevdiklərindəndir ki, dəlicəsinə uçuruma varırlar!
Ən yüksək qadından belə ən pozulmuş qadın ola bilər. Çünki o kədərin, dərdin zirvəsini yaşamağı bacardığından uçurumun ən dərininə varır. Və talesizliyini qazanır. Sonra da ülviliyinin məhsulu “bədbəxtliyi” ilə qismət$ini dilənir Tanrıdan. Əl açıb yalvarır.
Tanrı isə təəbəsini o vaxt dinləyir ki, artıq ona ehtiyac qalmır...
Cəmiyyət qəbul eləmədiklərini çölə atır. Ağuşuna aldıqlarının kim olduğuna baxmayaraq özünün bütün özəlliklərini ona təlqin edir və insanlıq hüququ verir. Azərbaycan cəmiyyətində, bu cəmiyyətin “norma”larına uyğun olmayanlar insan sayılmır və atılır! Müğənni sənətinə görə deyil, şou-biznes adı qoyduğumuz iyrənc mühitdə yerinə, siyasətçi rüşvətxorluğuna, millətçi demaqoqluğuna, vəzifə sahibi “baz”lığına görə tanınır. Belə bir cəmiyyətdə qadının pozğunluğuna görə tanınması təbii deyilmi?!
Sual edən varmı-bu qadını cəmiyyətdən kənara çıxarılıb silinməyə məcbur edən nədir?
Bu gün pərəstiş etdiklərimizin hamısımı şərəfli, namuslu insanlardır?!
Hamı dünyaya bərabər gəlir, insan olaraq doğulur, yaşama haqqı da bərabər paylanır. Cəmiyyət insanlardan qurulur. Necəliyindən asılı olmayaraq da hər bir cəmiyyət üzvünün bu cəmiyyətin rifahında rolu olmalıdır. Necə olur ki, Hollandiya üçüncü qismə mənsub insanını dövlət idarələri səviyyəsinə qaldırır, Azərbaycan isə qadınını gecə klublarında əcnəbi biznesmenlərin ağuşuna atır?!
Düşünən beyinlərini xaricin, Avropa ölkələrinin küncünə atdığı kimi...
Kimin səhvidir bu qadınlar? Kimin günahıdır qeyri-qanuni nikahlardan doğulan körpələr?! Kim cavab verəcək Tanrı qarşısında?!
Bilmirəm. Bacardığım qədər bu talesizlərin taleyindən yazacam. Ana olub, Analıq edə bilməyənlərin, qadın olub, qadınlığı bacarmayanların dilənilmiş talelərinin tarixçəsini çatdırmağa çalışacam. İstər dilənçi, istər fahişə, istər də ev qadını, qadın qadındır. Cəmiyyətdə öz yeri, öz nüfuzu var. Gəlin insanlarımıza anadan doğulduğu kimi pak, təmiz nəzərlə baxaq. Onda görərik kimin kim, nəyin nə olduğunu. Şərəfsizlik arxasında şərəfin, namussuzluq arxasında namusun gizləndiyini...
Tanrı millətimi qeyrət anlayışı altındakı “qeyrətsizlik”dən qorusun. Amin!
P. S: Redaktorum H. Ələkbərov bu yerdə Məmməd Arazı xatırlatdı və mənim deməyə çalışıb deyəmmədiklərimi dahi şairimizin bircə beyti ilə tamamladı:
İti bazarında atından baha,
Mən belə dünyanın nəyindən küsüm...

Bu xəbər oxucular tərəfindən 1631 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |