28.01.2016 [13:34] - Gündəm, Sağlıq
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, iclasda tibb müəssisələrindəki həkim məsləhət komissiyaları tərəfindən tibbi-sosial ekspert komissiyalarına göndərişlərin vəziyyətinin daha da yaxşılaşdırılması ilə əlaqədar məsələ müzakirə edilib.
Birgə iclasda çıxış edən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov bildirib ki, vətəndaşların əmək qabiliyyətinin itirilməsi hallarının həkim məsləhət komissiyaları tərəfindən ekspertizasının, tibbi-sosial ekspert komissiyası tərəfindən isə əlillik dərəcəsinin təyini işinin təkmilləşdirilməsi istiqamətində son illər ardıcıl tədbirlər həyata keçirilir. Hər iki nazirliyin birgə kollegiya və cari iclaslarında tibbi-sosial ekspert komissiyalarına göndərişlərdə və vətəndaşlara əlillik dərəcəsinin təyinində yol verilən nöqsanlar geniş təhlil olunur, onların aradan qaldırılması barədə konkret tapşırıqlar verilir.
Tədbirdə pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatının formalaşdırılması ölkədə həyata keçirilən uğurlu sosial siyasətin bəhrəsi kimi dəyərləndirilib.
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Qadir Əliyev ötən il rayonlar üzrə tibbi-sosial ekspert komissiyasına göndərilən müraciətlər, əlillik qrupu təyin edilən, əlavə müalicəyə qaytarılan, əlillikdən imtina olunan xəstələr haqqında məlumat verib.
Tədbirdə həkim məsləhət komissiyaları tərəfindən tibbi-sosial ekspert komissiyasına göndərişlərin təlimata uyğun həyata keçirilməsi barədə baş həkimlərə tapşırıqlar verilib. İki nazirliyin birgə əməkdaşlığının muxtar respublikada əlilliyin təyin olunması vəziyyətinin daha da yaxşılaşdırılmasında mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Bu xəbər oxucular tərəfindən 1277 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |