Şrift:
Elektrik stansiyalarındakı problemlər səbəbindən Bakıda abonentlərə işığın verilməsində məhdudiyyətlər yaranır
10.02.2012 [11:39] - Sosial
Bakının Xətai, Nizami, Suraxanı, Sabunçu və Xəzər rayonlarındakı istehlakçılara elektrik enerjisinin verilməsində fasilələrə səbəb "Azərenerji" SC (Azərbaycanda elektrik enerjisinin istehsalçısı) tərəfindən "Bakıelektrikşəbəkə" SC-yə (Bakıda elektrik enerjisinin paylanması) elektrik enerjisinin verilməsindəki məhdudiyyətlərdir (25 faiz). Bu barədə cümə günü "Bakıelektrikşəbəkə" SC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verilib.
"Bakıelektrikşəbəkə" SC öz abonentlərinə xəbərdarlıq edir ki, şəbəkədə problem olmasa da, "Azərenerji" SC-nin "Sumqayıt" və "Şimal" elektrik stansiyalarının işindəki problemlər üzündən elektrik enerjisinin verilməsində məhdudiyyətlər qalır.
"Bu səbəbdən Bakının paylayıcı şəbəkəsində elektrik enerjisi sürüşən qrafik əsasında verilir. Hazırda "Azərenerji" SC yaranmış problemlərin aradan qaldırılması üçün bütün zəruri işləri həyata keçirir. Stansiyalar işə salındıqdan sonra elektrik enerjisinin fasiləsiz rejimdə verilişi bərpa ediləcək", - SC-nin mətbuat xidmətinin rəhbəri deyib.

"Bakıda hava şəraitinin kəskin soyumasına və güclü küləklərə baxmayaraq, qəzalar olmayıb. Şəbəkə gücləndirilmiş rejimdə işləyir", - Mustafayev bildirib.
Bu xəbər oxucular tərəfindən 1333 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed