Şrift:
Fərəc Quliyev: “...hökumət tərəfindən istifadə olunacaq”
30.01.2016 [11:30] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Son bir il ərzində manatın kəskin dəyər itirməsi ölkədə bir çox iqtisadi, sosial problemlərə səbəb oldu. Ölkə iqtisadiyyatının əsasən neft üzərində formalaşması və neftin dünya bazarında qiymətinin 1 il ərzində 4 dəfə ucuzlaşaraq təxmini 30 dollar civarında olmasında ölkəyə gələn xarici valyutanın kəskin azalmasına səbəb oldu. Bu da milli valyutanın 1 il ərzində 87 faiz ucuzlaşmasına səbəb oldu.

Ötən ilin 21 fevral tarixində baş verən ilk devalvasiyadan sonra bir çox problemlər üzə çıxdı. 21 dekabrda baş verən növbəti devalvasiyadan sonra Mərkəzi Bankın üzən məzənnəyə keçməsi ilə vəziyyət daha da pisləşdi. İqtisadçı ekspertlərin fikrincə, bu cür böhranın yaşanması əsasən ölkədə korrupsiya, monopoliya və sahibkarlığın olmamasıdır. Bəzi ekspertlər vəziyyətdən çıxmaq üçün təklif və tövsiyələrini verib. Hakimiyyət nümayəndələri müxalifətdən də təkliflər gözlədiyini bildiriblər.

Milli Dirçəliş Hərəkatı Partıyasının sədri, deputat Fərəc Quliyev “Cümhuriyət” qəzetinə açıqlamasında AXCP-nin təkliflər paketinə müsbət yanaşıb: “Ümumiyyətlə, hər kəsin ölkənin vəziyyəti ilə bağlı narahatlığı və çıxış yollarını göstərməsi normal haldır. Bütün münasibətlərdə anlaşma, fikir davası etmək və daha yaxşı təkliflər ortaya qoymağın tərəfdarıyam. Əgər yaxşı təkliflər varsa, təbliğ etməyi normaldır. Hakimiyyət onu normal qiymətləndirərsə, tərəfdaşa çevirərsə qəbul edər, etməzsə etməz. Hakimiyyətdə bu istiqamətdə ciddi işlər gedir və verilən təkliflərin içərisində işin xeyrinə olan nəsə olarsa, hesab edirəm ki, hökumət tərəfindən də ondan istifadə olunacaq”.
Bu xəbər oxucular tərəfindən 986 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed