30.01.2016 [12:46] - Gündəm, Sağlıq
"Azərbaycanda dərmanların əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi məsələsi bir neçə dəfə gündəmə çıxarılıb. Bunun üzərində düşünülür". Bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.
Ə.Əhmədov bildirib ki, dünyanın ayrı-ayrı ölkələrində həm dərmanların ƏDV-dən azad olunmasına, həm də dərmanların bu və ya digər dərəcədə əlavə dəyər vergisinə cəlb olunmasına dair nümunələr var: “Biz bunu araşdırırıq və güman edirəm ki, Azərbaycan üçün məqbul olan bir formada qərar qəbul olunacaq. Bütövlükdə Azərbaycanda vətəndaşların həm keyfiyyətli, həm də qiyməti süni surətdə şişirdilməyən dərmanlarla təmin edilməsi istiqamətində vacib olan işlər görülür, bundan sonra da görüləcək”.
Baş nazirin müavininin sözlərinə görə, qarşıya qoyulan məqsəd ondan ibarətdir ki, Azərbaycanın dərman bazarı sağlam meyarlar və prinsiplər əsasında fəaliyyət göstərsin.

Bu xəbər oxucular tərəfindən 833 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |