01.02.2016 [10:39] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
"Mən Avropa Şurası Parlament Assambelyasında (AŞPA) Ermənistana qarşı qətnamənin qəbul olunmamasına qətiyyən təəccüblənmədim. Çünki çox məqamlar olub ki, AŞPA-nın rəhbərliyi son anda bir araya gələrək hansı səbəblərdənsə açıq şəkildə və qərəzli formada Azərbaycanın əleyhinə çıxıblar. Onlar bunu belə izah ediblər ki, guya əgər Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunduğu açıq şəkildə görtərilsə, onda Azərbaycana müharibəni fəal fazaya keçirmək üçün şans vermiş olarlar. Guya məhz bunu istəmədiklərini deyərək, məsələni malalayırlar. Amma məqsəd həqiqəti gizlətmək və indiki status-kvonu saxlamaqdır".
Bunu Milli.Az-a açıqlamasında Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev AŞPA-da "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması" sənədi əsasında qətnamənin qəbulunun ermənipərəst qüvvələr tərəfindən əngəllənməsini şərh edərkən deyib.
Millət vəkilinin fikrincə, bəzi beynəlxalq təşkilatlarla bağlı məsələləri artıq açıq şəkildə deyilməlidir: "Görünür, AŞPA-da bir qədər də xristian təəssübkeşliyi var və ermənilər birmənalı şəkildə müdafiə edilir. Orada bəzi qruplar var ki, onlar hələ də öz dövlətlərinin mənafeyi əleyhinə hərəkət edərək digər dövlətlərin Azərbaycana təzyiqini hiss etdirmək üçün öz balaca "at gedişləri" ilə bir rupora, alətə çevrilirlər. Orada Avropa dövlətlərinin nümayəndələri ilə bağlı qəribə bir mənzərə yaranıb. Çünki ora gələn deputatlar özlərini tanınmış hesab edərək sərbəst fəaliyyət göstərirlər. Onlar daha çox öz dövlətlərin mənafeyindən yox, qrupların, formalaşmış partiyaların, fraksiyaların mövqeyindən çıxış edirlər. Burada kifayət qədər lobbiçiliyin də olduğunu görürük. Biz orada belə şeylərlə dəfələrlə rastlaşmışıq".
F.Quliyev məlum qətnamənin qəbul edilməməsində Türkiyədən olan bəzi deputatların da "əməyi"nin olmasına toxunub: "Türkiyədən olan deputatların bu davranışı ilk belə hal deyil. Bəzi deputatlar var ki, onlar Türkiyənin özündə də bu məsələlərə birmənalı şəkildə baxmırlar, hətta Türkiyə dövlətinin ərazi bütövlüyünü şübhə altına alan çıxışlar da edirlər. Ona görə də onların mövqeyi Türkiyə dövlətinin mövqeyi kimi qəbul edilməməlidir. Onlar da ora fraksiyaların, partiyaların üzvü kimi yol tapıblar. Yenə də deyirəm ki, orada deputatlar özlərini daha çox sərbəst göstərməyə çalışırlar. Bu da qəbulolunmaz məsələdir. Buna görə Türkiyə tərəfini qınaq obyektinə çevirmək olmaz".
Qedyd edək ki, yanvarın 26-da AŞPA-nın qış sessiyasında Siyasi məsələlər komitəsi adından britaniyalı parlamentari Robert Valterin hazırladığı "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması" sənədi əsasında qətnamənin qəbulu ermənipərəst qüvvələr tərəfindən əngəllənib. Səsvermədə iştirak edən AŞPA üzvlərindən 66 nəfər sözügedən qətnamənin lehinə, 70 nəfər əleyhinə səs verib, 45 nəfər isə bitərəf qalıb.
AŞPA-da təmsil olan 18 nəfərlik Türkiyə nümayəndə heyətindən isə cəmi 12 deputat Azərbaycanın lehinə səs verib. Onlardan 2 nəfəri PKK-nı dəstəkləyən partiyadan olduğuna görə ermənilərə simpatiyası ilə fərqlənir. AKP və CHP-nin hərəsindən 2 nəfər olmaqla 4 deputat isə səsvermədə iştirak etməyib. Halbuki Türkiyədən olan deputatların hamısı Azərbaycanı dəstəkləsəydi, Ermənistana qarşı bu qətnamə qəbul olunacaqdı.
İlkin İzzət
Milli.Az

Bu xəbər oxucular tərəfindən 841 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |