01.02.2016 [14:53] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Hörmətli sədr, hörmətli kolleqalar, mən Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il yaz sessiyasının qanunvericilik işləri planı haqqında təkliflərə baxdım və səs verəcəyəm. Amma kredit götürən əhalinin Milli Məclisdən gözləntiləri var. Kreditlərlə bağlı hökumət üzvləri tərəfindən müxtəlif fikirlər söylənilir. Düşünürəm ki, bu məsələlərə aydınlıq gətirmək üçün Milli Məclis yaz sesiyası dönəmində kreditlərlə bağlı müzakirələr aparmalıdır.
Kredit götürənlərin hüquqlarının qorunması ilə bağlı qanun layihəsi qəbul olunmalı və ya qanunda dəyişikliklər edilməlidir.
Çünki, 21 fevral develvasiyadan öncə dollar ilə kredit götürənlərin manat ilə əlavə xərci 2 dəfə, bu ilki iki devalvasiya arasındakı müddət kredit alanların xərci 50 faizdən çox artıb. Bu o deməkdir ki, cəmi bir il əvvəl 10 min dollar kredit götürən şəxs 10 min dollarlıq kredit üzrə faizlər ilə birlikdə banka 20 800 manat ödəməlidir. Bu kredit məbləğinin manat ifadəsində 2.7 dəfə artması deməkdir. Təklif edirəm ki, əhaliyə kömək məqsədi daşıyan bu qanunda bir çox məsələlərlə yanaşı, kreditlərin qaytarılması qaydası da nəzərdə tutulsun. Qanunda ödəmələr üçün aşağıdakı ardıcıllıq qəbul olunsun:
1.Əsas borc
2. kredit faizi
3.cərimə və peniyalar
4. borcun qaytarılması xərclərinin ödənməsi
İndiki halda kredit gecikməyə düşəndə ilk növbədə peniya ödənilir, sonra kredit faizi,daha sonra əsas məbləğə görə borc ödənilir. Beləliklə vətəndaş peniya və faiz borcunu ödəyə bilir və daim bankdan asılı durumda olur.
Təklif olunan qayda isə ilk növbədə əsas borcu qaytarmaq imkanı yaradır.
Bu qanunda xarici valyuta ilə ipoteka krediti götürənlərin kreditləri manata keçirilməsi mexanizmi də öz əksini tapa bilər.
Təşəkkür edirəm.

MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 1114 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |