Şrift:
Partiya sədri Əliyevlər ailəsinə başsağlığı verdi
01.02.2016 [19:29] - Xəbərlər, Bildiriş, Fərəc Quliyev
Ötən gecə akademik Cəlal Əliyev uzun sürən xəstəlikdən sonra vəfat edib. Əliyevlər ailəsinə üz vermiş bu ağır itgiylə bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev başsağlığı verib. Partiya sədrinin başsağlığında bildirilir ki, "Azərbaycanın nüfuzlu ziyalılarından biri, elm və siyasət aləmində tanınan Cəlal Əliyevin ölüm xəbər bizi də sarsıtdı. Şəxsim və sədrlik etdiyim Milli Dirçəliş Hərəkatı Partiyası adından Azərbaycan Prezidenti İlham Əliyevə və mərhumun digər yaxınlarına dərin hüzünlə başsağlığı verir, dərdlərinə şərik olduğumuzu bildiririk.
Cəlal müəllimə Allahdan rəhmət diləyir, Ruhu şad, məkanı Cənnət olsun deyirik. Allah Mərhumun bütün doğmalarına səbr versin."
Bu xəbər oxucular tərəfindən 758 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed