02.02.2016 [10:06] - Gündəm, Bildiriş
(Soraq)
Asif Atanın ruhsal adını daşıyan, Onun Sevgisini, Onun Bilgisini, Onun Anlağını (İdrakını), Onun Qırımını (İradəsini) Onun Xalqına çatdıran, xalqı öz Ruhsal Atasının Yoluna çağıran “İnamın Gəlişi” aylıq qəzetinin 8-ci sayı çapdan çıxıb.
Bu say Ocaq-Türk Abe`si (əligbası) tablosu ilə açılır, yanında da qəzetin baş redaktoru, başladığımız çağın ən önçül şairi Nurayaz İnamsoyun bu əlifbaya həsr elədiyi “Yetim Əlifba” şeiri. Bu şeir özünü Göytürk xaqanlığının varisi sayan xalqa tutarlı bir göndərmədir (ismarıcdır, mesajdır): İrsinə yiyə dura bilmirsən; özün sağkən əlifban yetimdir... Səhifənin 1-ci yarısı günün carı ilə bitir: “Bizi gerçəkliyimizdən içlərimizə yönəldən İnam Ata – Günümüzü Uğurla!” 1-ci səhifənin 2-ci yarısını, qəzetin 1- sayından üzübəri olduğu kimi, İnam Atanın “İnam” Əsəri tutur.
Bu sayda Ocağın Ruhsal Başçısı Safruhun üc içsəsi: “İnam Atadan gələn Öz”, “Kutsal Üçlük”, “Çirkin və Göyçək”, bir gileyi: “Rolların dəyişməsi”; Mütləqə İnam Ocağının Ərəni (övliyası) Baba Əhmədlinin “Ədəbiyyat ruhun qapısıdır” yazısı, görkəmli şair Rüstəmxanlı Sabir bəylə Asif Ata və Onun Ocağı barədə geniş müsahibə (“Kökü yaşatmaq, dirçəltmək hünəri”), Özgün Atalının “Ey gedənlər” cikkəsi, “İnam Günü” içsəsi, “İnamın Gəlişi” doğru yoldadır” göndərməsi, İnamçı dostlarımızdan Məhərrəm Şəmkirlinin yeni “Deyimlər”i, Davud Səidoğlunun yeni “Bayatılar”ı, Xəyyam Şahmaroğlunun (keçmiş Ocaqçı Elsafın) “Amalımdan güc alıram” şeiri, körpə öyrənci Merac İsgəndərovun “Müəlliməyə məktub”u dərc olunmuşdur. Say N. İnamsoyun “Guşə” içsəsi və “Mən indi bildim ki şeiri ilə bitir.
8-ci sayda Mütləqə İnam Ocağının 37-il Sərt ayındakı (dekabr 2015) toplantılarının yazıları daha cox yer tutur – 7 səh. – az qala qəzetin yarı həcmincə: Sərtin 12-də 13 qatılımçıyla keçirilmiş “Bəşərilik” bayramı, “Ulu Fərəh”in Ailə günü (20 Sərt və 12 nəfər) və “Ruhsal Gəzi Günü” (27 Sərt və 12 nəfər) İçuyumu. Bayramda deyilmişlər “Salta (Mütləqə) İnam üstə aydınlanmaq, nurlanmaq”, Ailə günündəkilər “Ruhsal körükçülük”, İçuyumdakılar “Çağı dara çəkmək gərək” adı ilə çıxarılıblar qəzetə. Birinci yazıda inancların yenilənmə gərəkliyindən, ikincidə Ocaq Evladlarının ruhsal işıqçılıq əməlindən (olan və olmalı), üçüncüdə çağın (zəmanənin) ağ–qara, aşağı–yuxarı, qanan–qanmaz təzadının kəllə-çarxa vurmasından və buna qarşı haray çəkmək, dirəniş göstərmək zərurətindən danışılır.
Öncəkilərdə olduğu kimi, bu sayımızda da bütün yazılar eyni yetinci (hədəfi) vurur: Bəşər (ilk sırada öz xalqımız) yenilənməlidir; Salta (Mütləqə) İnama gəlməlidir; Yavaş Yaşam Tərzinə keçməlidir; kişisəl və ulusal (insani və milli) sifətlər bərpa olunmalıdır, Söz dəyərə minməlidir, arsızlıq önlənməlidir...
Qısası, 1- sayımızın baş yazısına bax.
Oxuyanlara sayğılarla!
“İnamın Gəlişi”.
Qar ayı 37-il.
(Yanvar.2016)
Bu xəbər oxucular tərəfindən 772 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |