05.10.2011 [11:04] - Güney Azərbaycan xəbərləri
XIV-XVI yüzillik Dövləti-Alinin (Osmanlı) həqiqi çiçəkləndiyi bir dövr idi. Yəni Avropa İntibahı deyilən Oyanma əslində Türk Oyanmasından təsirlənirdi. Avropanın o zamankı səhnə əsərlərinin - dram və opera əsərlərinin böyük əksəriyyətinin mövzusu osmanlı Türklərinin həyatından alınırdı. Nəzərə almaq lazımdır ki, zəngin yeraltı- yerüstü karbohidrogen və digər faydalı yataqlar osmanlıların hakimiyyətinə tabe olan ərazilərdə idi.
Avropanın mühüm ticarət dövriyyəsi faiz nisbəti ilə daha çox Dövləti-Alinin payına düşürdü. Hələ neft yataqları haqqında gizli ən yüksək dairələrdə məhdud söhbət gedirdi. Təbii neftdən silah kimi istifadə etmək Türklərə məlum idi. Amma neftdən başqa məqsədlər üçün, sənaye üsulu ilə neft məhsullarından istifadə etmək Türklərin ağlına gəlmirdi. O cümlədən bir çox başqa millətlərin də. Gizli ingilis, bir az sonra Amerikan kəşfiyyatı Türklərin ucsuz-bucaqsız torpaqları içində sərbəst gəzir, dövləti və milləti qüdrətli edən mənəvi, ideoloji, iqtisadi, hərbi, siyasi, sosial, islami, mental-xəlqi, mövhumi-maqik qaynaqları öyrənib İngiltərəyə ötürürdü.
XVIII əsrin sonu XIX əsrin əvvəlləri idi, Bakı neftinin şöhrəti çox uzaqlara yayılmışdı, neftin qoxusu Londonun, Parisin rəsmi dairələrinə qədər getmişdi. Əgər bu neftdən Osmanlılar istfadə etməyi öyrənsələr, Osmanlılar ikiqat cahan dövləti olacaqdı. Paris və London bu kimi fikirlərdən təşviş və həyəcan içində idi. Ona görə də Paris və Londonun agentura şəbəkəsi bəzən Kərkükdə- Türkmanelində, Bağdad ətrafında və Küveytdə gizli neft axtarışlarına belə baş vururdular. Sultan Əbdül-Əzizin, Sultan Əbdül-həmidin, Sultan Vahidəddinin zamanında aparılmış neftlə bağlı gizli axtarışlardan əldə edilmiş məlumatların nəticəsində 1923 Lozan Konfransında amerikan-ingilis-fransız rəsmi dairələri İraqın inkişafı bəhanəsiylə, dirənib Kərkük-Musul, Türkman elini İraqın içində saxladılar.
Dövləti-Ali coğrafiyasından İngiltərəyə ötürülən məlumatlardan-Osmanlı təcrübəsindən təbii ki, ingilislər həm öz xeyrinə istifadə edirdi, həm də Türklərə xeyir gətirən bu mənbənin kökünü qurutmaq üçün yollar arayıb axtarır, layihələr, planlar düşünürdü. Bir sözlə, Osmanlı Türklərinin belə sürətlə inkişafından çox narahat olan İngiltərə, Fransa, qismən Almaniya, Rusiya bu inkişaf sürətinin tempini azaltmaq üçün milyonlarla pul, funt-sterlinq xərcləməyə hazır idilər. (məc. Bu gün İran - Amerika münasibətlərində olduğu kimi). Çünki, onlar Osmanlı Türkiyəsinin inkişafını həm də İslam dininin tərəqqisi, çiçəklənməsi kimi dəyərləndirirdilər. Gerçəkdən də elə idi.
Bu məqsədlə ingilis kəşfiyyat idarələri kələklər, məkrli planlar düşünərkən daha təsirli variant buldular; Osmanlı Türkiyəsini içindən çökdürmək, amma necə? Çox götür-qoy etdikdən sonra milli zəmində münaqişə planı üzərinə gəldilər. Yunanları qaldırmaq, onlardan Türkün əleyhinə istifadə etmək. Amma sonra gördülər ki, belə olsa yunanların iştahları qabaracaq və bunlar sonra ingilislərə dirsək göstərəcək, daha sonra ingilislər yunanların öhdəsindən gələ biməyəcəkdir. Beləcə yunan fikrindən vaz keçdilər. Nəhayət, bu fikrə gəldilər ki, onlardan siyasi oyunlara alət olmaz. Sonra kürdləri türklərin əleyhinə qaldırmaq istədilər. Bu çətin iş idi. Çünki, islam qardaşlığına təəssübkeşliklə yanaşır, türkün əzəməti ilə barışır və daha çox aşirət əxlaqına söykənirdi - bu üç səbəbdən kürdləri siyasi alətə cevirmək çox çətin görünürdü, digər cəhətdən maliyyə xərcləri böyük hesablara gəlib çıxırdı. İngilislər hələ xaçlı səfərlər zamanı hay (erməni) tayfasının Bizansın Qərblə birləşmiş qoşunlarının xeyrinə, təbəəsi olduğu Osmanlıların zərərinə cəsusluq etdiklərini tarixdən bilirdilər və tezliklə erməniləri xatırladılar, nəinki xatırladılar, həm də onları mürtəce məqsədlər üçün seçdilər. Beləliklə, alət ola biləcək xalqı tapdılar: ermənilər. Tezliklə erməniləri bu işə hazırlamaq qərarına gəldilər. Uzun müddət gizli ideoloji iş gördülər amma ölkədə təsirli iğtişaşlar yarada bilmədilər, ancaq ingilislərin günü-gündən, hadisədən - hadisəyə təcrübələri artırdı. Nəhayət, geniş miqyaslı kəşfiyyat-təxribat əməlləri törətməyə qərar verdilər.
XVIII əsrdən etibarən kəşfiyyat planları intensivləşdi və İngiltərə, Fransa hökumətləri osmanlını içindən çökdürmək məqsədilə Misyoner Təşkilatlar qurub rəsmi və qeyri-rəsmi yollarla Dövləti-Alinin ərazisinə ötürdülər. Onlar yerli hakimiyyəti aldadır, güya xristian kilsələrini təmir edir, onlara yardım etmək üçün gəldiklərini deyirdilər. Bu gün Azərbaycana da xeyirxah niyyətlə az gəlmirlər. Diqqət! Onlar nəcib, humanist iş, xeyriyyəçilik görüntüsü yaradıb öz çirkin əməllərinə anti-Türk ideoloji propaqandaya rəvac verirdilər. XIX əsrdə ingilis Misyoner Təşkilatı Osmanlı ərazisi üzərində 7000 misyoner dərnək qurmuşdu.
Burada daha çox yerli gəncləri aldadıb, pul verməklə və digər üsullarla şirnikdirib onların əli ilə İslam dininə və Osmanlı dövlətinə xəyanətlər edirdilər. 1857-ci ildə Bağdad və Mosulda “Doğu Misyoner Təşkilatı” qurdular. İngilislərin qurduğu başqa bir misyoner təşkilatı-CMS Osmanlı ərazisində yaşayan xristian əhalini, o cümlədən erməniləri hökumətə qarşı qaldırmaq üçün 28 - milyon kitabı kilsələr vasitəsilə xristian- yunan və erməni əhali arasında dağıtmışdı. 1882-ci ildə Bağdad və Mosulda fəaliyyət göstərən CMS Dərnəklərindən birinin raportunda deyilirdi;
- 141 ingilis misyoneri;
- 183 yerli misyoner; (yəni müsəlman-türk Ə.K.)
- 3 qəzetçi;
- 75 məktəb;
- 4600 şagird;
Osmanlı əleyhinə fəaliyyətə cəlb edilmişdir.
1832-ci ildə ingilislərin CMS tipində daha bir misyoner təşkilatı kimi ingilis-amerikan gizli xəfiyyə təşkilatını “Amerikan Board of Mission ” adı altında qurdular. Bunların qurduğu məktəblərdə 1000-dən artıq şagirdə anti-türk, anti-islam, anqlo-sakson və erməni şüuru təlqin edilmişdi. Bu misyoner təşkilatın qurucularından biri olan Mr. C.Yunq raportunda yazırdı: “ Biz amerikalıların Türkiyəyə girməsi üçün ermənilər açıq qapımızdır... ”. Amerikan misyonerləri Anadoluda yaşayan erməniləri qriqoryan məzhəbindən döndərib protestant etmək istəyirdilər. Burada bir çox amillərlə yanaşı erməniləri protestant etdikdən sonra onların protestan olduqlarını bəhanə (din qardaşı) edib, Osmanlı Türkiyəsinə siyasi təzyiqlər göstərmək məqsədi də var idi. Başqa bucaq altından baxanda; erməni soyqırımı məsələsi ermənilərdən daha çox ingilislərin gizli imperialist maraqlarını özündə ehtiva edən yeni istismar və sömürgə siyasətidir. Erməni adından istifadə, erməni maraqlarını müdafiə etmək bir bəhanə idi, erməni soyqırımı məsələsi üzdə olandır, pərdə arxasında ingilislərin, fransızların, hətta nə qədər demokratik olsa belə qismən ABŞ-ın gizli maraqları bu məsələyə-saxta erməni soyqırım siyasətinə ingilislər müncər etmişdilər. Hələ vaxtı ilə 1071-ci ildə Malazgird savaşına gələn İngiltərə, Fransa, İtaliya, Yunanstan da Fələstini müsəlmandan xilas etməyi bəhanə edərək, əslində böyüməkdə olan Səlcuq - Osmanlı Türklərini məhv etmək məqsədilə hücum etmişdilər. Tarixin təkəri eyni bataqlıqda fırlanır. Bu gün həmin məqsəd dəyişməmişdir-Ali məqsəd osmanlı-türk torpaqlarını, yeraltı-yerüstü sərvətləri ələ keçirmək, öz aralarında bölüşdürmək idi. 1918-ci ildə ingilislər Bakıyada o məqsədlə girməmişdilərmi?
(davamı var)

ƏLİ KƏRİMBƏYLİ /AMEA/
Bu xəbər oxucular tərəfindən 1376 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |