04.02.2016 [10:02] - Gündəm, Gənclik, İdman
Biləsuvarda məktəblilər arasında keçirilən şahmat üzrə Azərbaycan çempionatının yarımfinal mərhələsi başa çatıb.
Çempionatın yarımfinal mərhələsinin yekununda Lənkəran Şəhər Şahmat Məktəbinin üç şahmatçısı final mərhələsinə vəsiqə qazanıb.
İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət olan yarışda respublikanın 34 şəhər və rayonunu təmsil edən 308 zəka sahibi birincilik uğrunda mübarizə aparıb.
12 yaşa qədər şahmatçıların yarışında lənkəranlı Hacəli Əhədzadə ikinci, 16 yaşa qədər şahmatçıların yarışında isə Kənan Əhədzadə üçüncü yeri tutub.
Qızlar arasında 14 yaşa qədər şahmatçıların yarışında isə Arzu Mirzəyeva üçüncü yerə sahib olub.
Lənkəran Şəhər Şahmat Məktəbinin direktoru İdrak Dadaşov bildirib ki, buna qədər də artıq iki lənkəranlı şahmatçı Azərbaycan çempionatının final mərhələsinə çıxmışdı.
Ötən ilki Azərbaycan çempionatının finalında Lənkəran idmançıları Vüsal Həsənzadə və Nəzrin Mirzəzadə orta yaş qruplarında mükafata layiq yerlər tutduğuna görə, birbaşa final mərhələsinə vəsiqəni təmin ediblər.
Finala vəsiqə qazananlar yaş qruplarına uyğun olaraq iki hissədə mübarizə aparacaq.
Kiçik yaş qrupları (8-9-10-12 yaşlılar) iyun, böyük yaş qrupları (14-16-18 yaşlılar) isə mart ayında final mərhələsində Azərbaycan çempionu adı uğrunda mübarizəyə qoşulacaq.

Bu xəbər oxucular tərəfindən 965 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |