Şrift:
Pakistan-Çin iqtisadi dəhlizində təhlükəsizliyi 10 min hərbçi qoruyacaq
04.02.2016 [10:43] - Gündəm, İqtisadiyyat
Pakistan hakimiyyəti Pakistan-Çin iqtisadi dəhlizində təhlükəsizliyin təmin olunması məqsədilə 10 min peşəkar hərbçidən ibarət xüsusi dəstə yaradıb.

Bu haqda Pakistanın Baş nazirinin köməkçisi Səid Tarik Fatemi məlumat verib.

Onun sözlərinə görə, bu hərbçilər Pakistanda işləyən Çin sahibkarlarının və onların şirkətlərinin qorunması, təhlükəsizliyinin tam təmin edilməsi ilə məşğul olacaqlar.

O bildirib ki, Çin tərəfindən maliyyələşdirilən və 46 milyard dollar dəyərində olan Çin-Pakistan iqtisadi dəhlizi avtomobil və dəmir yollarının tikintisini və digər infrastruktur layihələrinin həyata keçirilməsini nəzərdə tutur.

Çin tərəfindən hazırda Pakistanda 200-dən artıq layihə reallaşdırılır, bu işlə 14 mindən artıq mühəndis və texniki işçi məşğul olur.
Bu xəbər oxucular tərəfindən 762 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed