Şrift:
Yanvarda Ceyhan limanından 2,8 milyon tondan çox Azərbaycan nefti dünya bazarına çıxarılıb
05.02.2016 [00:13] - Xəbərlər, İqtisadiyyat
2016-cı ilin yanvar ayı ərzində 2 848 091 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

SOCAR-ın saytının məlumat verir ki, bu həcmin 1 510 914 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan kəməri istismara verilən gündən 2016-cı il fevralın 1-dək Ceyhan limanından 294 041 863 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Bu xəbər oxucular tərəfindən 698 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed