05.02.2016 [10:19] - Gündəm, DAVAMın yazıları
M.Ə.Sabirin1907-ci il mayın 12-də "İrşad" qəzerində (redaktoru o vaxtlar Ə.Ağayev idi -N.N.) çap olunmuş maraqlı bir mürəbbesi(dördlüyü) var. Cəmisi 6 bənddir. Ziyalıların başa düşdüyü,o dövrün ədəbi dil normalarına uyğun üslubda, daha çox milliləşən alınma sözlərlə tanınan maraqlı, ezop maneralı, simvolları ilə yadda qalan əsərlərdən biridr. II Dövlət Dumasının bağlanma ərəfəsində yazılmışdır. Mövzusu da elə bununla ilgilidir.
Məlumat üçün deyək ki,II Dövlət Duması 1907-ci il fevral ayının 20 -dən iyun ayının 2-dək fəaliyyət göstərmişdir.Dumaya seçilmiş azərbaycanlı deputatları da sadalayırıq- Fətəli xan Xoyski,
Xəlil bəy Xasməmmədov,İsmayıl Tağıyev, Məhəmməd ağa Şahtaxtinski, Mustafa Mahmudov, Zeynal Zeynalov.
Şeirin II Dövlət Dumasının Bakıdan seçilmiş 2 deputatından birinə -Zaqafqaziya Müəllimlər Seminariyasının 1899-cu il məzunlarından birinə-kürdəmirli Mustafa Mahmudova xitabən yazıldığı hiss olunur. Mustafa Mahmudov deputat seçkisindən əvvəl Bakıdaki I rus-tatar məktəbinin direktoru idi. Ölkənin həyatında böyük nüfuzu olan ziyalılardan idi.
Sözümün canı var; Mustafa Mahmudov M.Ə.Sabirin xatırladığım şeirinin dərc olunduğu "İrşad"ın əsas yazarlarından biri idi, qəzetdə zəngin və maraqlı çıxışları ilə yadda qalırdı.
M.Ə.Sabirin yolu Şamaxıdan Bakıya düşəndə burada yaşayan Şirvan ziyalıları ilə görüşüb söhbət etməsi, müəyyən fikir mübadiləsində fəal iştirakı məlumdur.Bakı təhsilində Şamaxı və Şamaxı mühitində yetişən ziyalıları fəal iştirak edirdilər. Şamaxıda yaşayan M.Ə.Sabirin bir sıra şeirləri məhz bu görüşlərin zəminində ekspromt olaraq yazılmışdır.
Mustafa Mahmudov kənd mühitində böyümüşdü,əvvəlcə Kürdəmirdə,sonralar isə Göyçayda təhsil almışdı. Onun Qoriyə gedən yolu da buradan - Göyçaydan başlamışdı. ZMS-nı qurtaranda təyinatını Qutqaşının (Qəbələ-N.N.) Vəndam kəndinə versələr də, M.Mahmudov H.Zərdabinin və Ə.Topçubaşovun köməkliyi ilə təyinatını Bakıya dəyişdirə bilmişdi. Bakı böyük ictimai həyat üçün böyük məkan idi.M.Mahmudov bu məkandan istifadə edərək, II Dövlət Dumasına vəsiqə ala bilmişdi.O, Dumanın imkanlarından istifadə edərək xalqın maariflənməsində böyük işlər görəcəyinə inanırdı.Bu inam M.Ə.Sabirdə yox idi. O,xalqın maariflənməsi yolunda başqa mövqedə dururdu.M.Ə.Sabir yaxşı tanıdığı, yüksək əqli imkanlarına yaxşı bələd olduğu Şirvan ədəbi və ziyalı mühitinin gənc nümayəndəsinə (M.Mahmudov 1878-ci ildə Kürdəmirdə anadan olmuşdur-N.N.) ad çəkmədən :xitab edirdi:
Hə,de görüm,nə oldu bəs, ay balam,iddəaların?
Tutmuş idi yeri,göyü nalələrin,nəvaların.
Yoxsa qanıb da eybini başlamısan ədaların?
Şimdi,hərif,söz haman mən deyən oldu ,olmadı?
M.Ə.Sabirin sözü düz çıxdı, şeirin çapından bir neçə gün sonra II Dövlət Duması qapandı.Mustafa Mahmudovun təhsil və maarif məsələləri haqqındakı Dumadakı uğurlu çıxışları ölkənin təhsilinə uğur gətirmədi.
Nəhayət, gəlirik əsas məsələyə. İndi Mustafa Mahmudov kimi müəllimlər də, adi vətəndaşlar da şagirdlərin məktəbdənsonrakı taleyini düşünür, hamı da nədənsə öz fikrinin doğruluğuna inanır.
TQDK uzun müddət böyük işlər görməkdədir.Azərbaycan təhsilinin tarixində bu qurumun özünəməxsus əhəmiyyətli xidmətləri var.Burada zəngin texnoloji ənənləri ilə yadda qalacaq tarixi layihələr uğurla həyata keşirilir. İndi bu qurumun gələcəyi haqqında müzakirələr səngimək bilmir.Şagirdlərin ali məktəblərə uzanan yollarının haradan başlayıb, haraya yönələcəyi barədə müxtəlif proqnozlar verilir, araşdırmalar aparılır.
Təəssüf ki, müzakirələrdə təhsil maşınını irəliyə aparmaq yolunda fikirlərin haçalaşması da öz sözünü deyir. Şəxsən
mən - təhsildən az-çox məlumatı və bu sahədə dövlət tərəfindən təsdiq olunmuş xidmətləri olan təhsil işçisi kimi bu fikirdəyəm ki, orta məktəblərin rolu daha da artırılmalıdır.Təhsil tərbiyədən başlamalıdır. Orta məktəbdə yaxşı təhsil alan şagirdlər ali məktəblərə imtahansız qəbul edilməlidirlər.Ali məktəbin I kursunda etimadı döğrultmayanlara başqa yol göstərilməlidir. 1992-ci ildən cəmiyyətin təhsilində uğurlu fəaliyyəti ilə tanınan TQDK-nın elmi və metodiki fəaliyyəti orta məktəblərdə təhsilin daha da yüksəldilməsinə yönəldilməlidir. Məsələyə Krılovsayağı yanaşma olmamalıdır.
Təhsil maşını hansı yolla getməlidir? Bax, məsələ budur.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi.
Bakı,
03.02.2016.

Bu xəbər oxucular tərəfindən 731 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |