Şrift:
Güney Azərbaycan Xəbərləri
10.02.2012 [19:13] - Gündəm
Azərbaycanın tanınmış təhqiqatçı alimi, ictimai xadim ustad Hidayət Hesari dünyasını dəıyişib




Güney Azərbaycan Xəbərləri


















Fevralın 9-u, vəfat edən tanınmış ziyalı 82 yaşında dünyaya göz yumub. O, 1930-cu ildə (hicri-şəmsi ili ilə 1308-ci il) Güney Azərbaycanın Culfa şəhərində doğulub.Mərhum Ustad Hidayət Hesari türkcə yayılan “Varlıq” dərgisinin qədimi əməkdaşlarından biri olub.Mərhum türk və fasr dillərində nəşr olunan 10-larla dəyərli əsərin müəllifidir.
ALLAH rəhmət eləsin


H.T.P.C portunun tam olaraq İranda kəsilməsi və onun ardınca Gamil və başqa güvənli saytlara girməyin mümkünsüzlüyü



Güney Azərbaycan Xəbərləri















443 portu ki, iki ay öncədən surəti düşmüşdü və problem netdə çətinlik yaradırdı , bu gün Fevral ayının 10-undan tam olaraq kəsildi.Söyləmək lazımdır ki, bu port 80 vəya H.T.T.P əhəmiyyətli internet portlarından sayılır. Əlbəttə bu məsələ sadəcə xarici Severlər və saytlara girməyin qarşısını almaq üçün görülmüşdür və daxili serverlərlə SSL rabitələrində heç bir problem yoxdur.Daha geniş xəbər əlimizə çatan kimi yayılacaqdır.



Azərbaycanlılar Təbrizdə etiraz aksiyası keçirəcək




Güney Azərbaycan Xəbərləri













Fevralın 21-də İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərində etiraz aksiyası keçiriləcək. ,Buna səbəb 2012-ci il yanvarın 29-da paytaxt Tehranda, “Azadlıq” stadionunda keçirilmiş “İstiqlal” - “Traktor” görüşündə oyunun baş hakimi Möhsün Torkinin Təbriz komandasının əleyhinə verdiyi səhv qərarlardır. Aksiya yerli vaxtla saat 15:00-da Rasta küçəsindən Təbriz şəhər bələdiyyəsinin binasının qarşısınadək keçiriləcək.




İrandan Azərbaycan Respublikasının adının dəyişdirilməsi məsələsinə reaksiya...



Güney Azərbaycan Xəbərləri


















Pezeşkiyan İran parlamentində “İsna” xəbər agentliyinə bildirib ki, “mən onlara (Azərbaycan Respublikasının Milli Məclisdə adının dəyişdirilməsini təklif edən millət vəkillərini nəzərdə tutur) tövsiyə edirəm ki, sərhəd və məhdudiyyət yaratmaq yerinə, müsəlmanların vüsət və vəhdətini düşünsünlər.Ona görə ki, vüsət və vəhdət olduqda inkişaf da mümkün olur. Əgər İslam Ölkələri parça-parça olsalar, qüdrətli ölkələr onları daha rahat əzib və güclü qalmaq üçün xalq və qövmlərin mənafeini yox, öz mənafelərini təmin edəcəklər. Bütün bunların olmaması üçün bölgə ölkələri və müsəlmanlar müttəhid olmalıdırlar.”

Qeyd edək ki, Azərbaycan xalqı İran rəsmiləri tərəfindən xoş səslənən fikirlərlə uzun illərdir tanışdır. Cənab Pezşkiyana soruşmaq lazimdir ki, “bu qədər müsəlman birliyinə can atan ölkə necə olur ki, 20 ildir müsəlman Azərbaycandan fasilə açıb, işğalçı qeyri-müsəlman Ermənistana yaxınlaşmaq üçün dəridən-qabığdan çıxır?! Yoxsa İran hökuməti düşünür ki, müsəlman birliyi islam torpağı olan Dağlıq Qarabağın işğalından keçir?! Xocalı soyqırımını yaradan faşist ölkəyə bütün sahələrdə yardım edən İranın, islam birliyindən danışmağa mənəvi haqqı çatırmı?!...”


“SEPAH”ın SABİQ KOMANDANI HÖKUMƏTİ TƏNQİD ETDİ



Güney Azərbaycan Xəbərləri















Fevralın 9-da jurnalistlərə açıqlama verən İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) keçmiş komandanı, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Möhsün Rzayi islam inqilabının uğursuzluqlarından danışıb.
Möhsün Rzayi deyib ki, İran islam inqilabının qələbəsindən 33 il keçməsinə baxmayaraq inqilab hədəfləri gerçəkləşməyib: “İslam inqilabının qələbə çalmasından sonra cəmiyyətimizdə həm ictimai-siyasi, həm də digər sahələrdə köklü dəyişikliklərin olacağı gözlənilirdi. Lakin hazırda 230 min nəfərin zindan kameralarında saxlanması, ölkədə işsizliyin, inflyasiyanın baş alıb getməsi və digər problemlərin mövcudluğu göstərir ki, cəmiyyətimizdə heç bir dəyişiklik yaranmayıb”.
Möhsün Rzayi İranın xarici siyasətinə də münasibət bildirib: “Düzgün xarici siyasəti olmayan bir ölkənin milli hökuməti də olmayacaq. Milli hökumət isə o hökumətə deyilir ki, xarici siyasətdə səmərəli rol onaya bilsin”.
Ölkədə milli pulun və qızıl sikkənin dəyərinin düşməsinə, dolların məzənnəsinin kəskin qalxmasına toxunan Möhsün Rzayi İran prezidenti Mahmud Əhmədinejad hökumətinin siyasətindən gileylənib: “Biz hələ 2011-ci ilin iyul ayında Əhmədinejad hökumətinə məktub yazıb dolların və qızıl sikkənin bazardakı durumu haqda vəziyyətlə bağlı xəbərdarlıq etmişdik. Lakin hökumət o vaxtdan yeddi ay keçməsinə baxmayaraq bizim məktubumuza reaksiya vermədi və nəticə budur ki, hazırda valyuta bazarında qeyri-sabit durumla üz-üzə qalmışıq”.






İran Suriyayi Açıkca Destekleyir



Güney Azərbaycan Xəbərləri


















Suriya və İran arasındakı strateji əlaqələrin dərinliyinə diqqət çəkən İran Xarici işlər Naziri Əli Əkbər Salehi, "Suriya bizim qırmızı xəttimizdir" dedi.
Suriya rəsmi xəbər agentliyi SƏNƏ, İranın paytaxtı Tahranda təşkil edilən 25. Beynəlxalq İslam Birliyi Konfransında Suriya Ümumi Müftisi Dr Əhməd Bedrettin Hassunu qəbul etdi. Burada danışan Salehi, Suriyanın Orta şərqdəki siyasi tutumu səbəbiylə bütün bu təzyiqlərə məruz qaldığını söylədi.
Ölkəsinin bütün sahələrdə Suriyanın yanında olduğuna vurğu edən İran Xarici işlər Naziri Salehi, Suriyadakı böhranın həlli üçün yaxın iş içində olduqlarını ifadə etdi. Suriya Ümumi Müftisi Dr Əhməd Bedrettin Hassun da Suriyadakı böhranın milli dialoq və əhatəli islahatlar təməlində hər hansı bir xarici müdaxilə olmadan həll edilməsi lazım olduğunu söylədi.
GünAz TV: İran rəhbərliyi yenidən İsrailə xəbərdarlıq edib.
"İran İsraili 9 dəqiqəyə məhv edər". Bunu İranın Ali dini lideri Əli Xamenei bəyan edib.
Onun strategiya köməkçisinin internetdə yerləşdirdiyi sənəddə Xamenei 2014-cü ildə İranın İsraili məhv edə biləcəyi haqda məlumatlar yer alıb. Xamenei yenidən İsraili "xərçəng şişi" adlandırıb və bəyan edib ki, yaxın gələcəkdə bu ölkəyə zərbə edirilməsə, sonra bu imkan əldə çıxmış olacaq.
Ayatulla İsrailə qarşı müharibəni "müdafiə cihadı" adlandırıb. Onun sözlərinə görə, İsrail hətta İrana hücum etməsə belə, Fələstin torpaqlarının işğalı sionistlərin müharibəsini təsdiq etmiş olur. Xamenei hesab edir ki, Tehranın raket potensialı İsraili 9 dəqiqəyə məhv etməyə imkan verir.
Bu xəbər oxucular tərəfindən 1462 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed