Şrift:
"İran bombarduman edilərsə, Azərbaycan üçün radiasiya qorxusu yoxdur"
11.02.2012 [12:48] - Mədəniyyət
Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov belə hesab edir



İran ərazisində nüvə obyektlərinin mümkün bombardmanı Azərbaycanın ekologiyası üçün hər hansı neqativ nəticələr doğura bilməz. Respublikanın Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov belə hesab edir.

“Hava zərbələrinə vasitəsi ilə İran ərazisində nüvə obyektlərinin məhv edilməsi Azərbaycan üçün heç bir təhlükə törətmir”, - deyə A.Qəribov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.

Onun sözlərinə görə, İran nüvə obyektlərində mövcud olan uranın partlayış təhlükəsi yoxdur, çünki silah vəziyyətinə gətirilməyib. Bundan başqa, alim qeyd edib ki, bu növ nüvə obyektləri yerin altında yerləşdirilir və işlədilir və onların məhv edilməsi zamanı nəticələr yalnız həmin yerdə yayılır.

“Bu amilləri nəzərə alaraq, Azərbaycana İran ərazisində bu obyektlərə mümkün hücumu zamanı nəticə üçün ehtiyat etmək lazım deyil. Bundan əlavə, nəzərə alaraq ki, bu cür obyektlər yaşayış məntəqələrindən uzaq tikilir, o zaman fərz etmək olar ki, İranın özündə yerli əhali həmçinin radiasiya şüalanmasına məruz qalmayacaq. Böyük partlayış yalnız Buşerdə nüvə reaktorunun məhv edilməsi zamanı baş verə bilər, amma əminəm ki, heç bir ölkə bu Atom Elektrik Stansiyasında atom reaktorunu bombalamağa başlamayacaq”, - deyə A.Qəribov vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 1450 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed