11.02.2012 [12:57] - Xəbərlər
Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllinə yaxındırlar. Bu barədə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Türkiyənin "Hürriyyət Daily" qəzetinə müsahibəsində deyib.
"Danışıqlarda nəhəng irəliləyiş var və tərəflər sıçrayışa çox yaxındır", - Brayza deyib.
Onun sözlərinə görə, yalnız tərəflərin çətin və riskli siyasi qərar qəbul edəcəkləri halda razılaşdırılacaq bir neçə əsas məsələ qalıb.
Eyni zamanda, Brayzanın sözlərinə görə, belə qərar yalnız tərəflərin ABŞ və Fransa tərəfdən siyasi dəstək hiss edəcəkləri halda qəbul edilə bilər.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Bu xəbər oxucular tərəfindən 1081 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |