10.02.2016 [12:30] - Gündəm, Bildiriş
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasında “Elektron Resursların İşlənməsi” (Electronic Resources Usage) mövzusunda “EBSCO” məlumat bazası xidmətlərinin təqdimatı və bu bazanın elektron resurslarından istifadə qaydalarının öyrənilməsinə dair tədbir keçirilib.
AMEA-nın elmi müəssisələrindən və ADA Universitetindən nümayəndələrin iştirak etdiyi tədbirdə “EBSCO”nun Çexiyalı nümayəndəsi İrina Kreyçarova təqdimatla çıxış edib. ABŞ-ın nüfuzlu şirkətlərindən olan “EBSCO”nun qısa tarixindən danışan İ.Kreyçarova bildirib ki, şirkət aparıcı nəşriyyatların elmi resurslarının ən böyük əlaqələndiricisidir. EBSCO təkcə ABŞ və Avropada deyil, dünyanın müxtəlif yerlərindən nəşrlərin elektron variantlarını oxuculara təqdim edir. Burada materiallar ingilis, fransız, ispan, alman, italyan və s. dillərdə təqdim edilir.
Daha sonra İ.Kreyçarova “EBSCO Discovery Service”in texnoloji xüsusiyyətlərini, bazanın axtarış sistemin iş prinsiplərini nümayiş etdirib.
Tədbirdə region ölkələrdən alim və tədqiqtaçıların “EBSCO” ilə əməkdaşlığından da danışılıb. İ.Kreyçarova bildirib ki, Azərbaycanla region ölkələr arasında müqayisədə Qazaxıstan və Qırğızıstandan olan istifadəçilər üstünlüyü ilə fəqlənir.
İ.Kreyçarova “EBSCO”nun elektron nəşrlərindən sərbəst istifadə edə bilmək və dünyada qlobal miqyas almış informasiya bazaları ilə tanış etmək üçün bu elmi bazanın təmsilçiləri tərəfindən mütəmadi olaraq treninqlərin təşkil olunduğunu da qeyd edib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Bu xəbər oxucular tərəfindən 764 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |