11.02.2016 [10:18] - Gündəm, Gənclik, Türk dünyası-Turan
Fevralın 10-da Azərbaycan Diplomatik Akademiyasında (ADA) baş tutmuş mühazirəsində TürkPA Baş katibi Jandos Asanov “2010-cu ildə öz fəaliyyətinə başlayan TurkPA Katibliyinin Bakıda yerləşməsi təsadüfi deyil” sözləri ilə çıxış edib. Bu barədə ADA-dan məlumat verilib.
Türk tarixində ilk parlament respublikası olan Azərbaycan Demokratik Respublikası burada yaranıb. Baş katib Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 25-ci ildönümü münasibətilə ADA-nın tələbələrinə öz təbriklərini çatdırıb.
O Azərbaycan hökumətinin ölkə iqtisadiyyatının genişləndirilməsi və onun karbohidrogen sektorundan asılılığının azalmasına yönəldilmiş səylərini yüksək qiymətləndirib. “Bu siyasət nəticəsində yerli istehsalın kəmiyyət və keyfiyyəti artmaqdadır” deyə cənab Asanov qeyd edib.
Baş katib həmçinin qeyd edib ki, bu il multikulturalizm ili elan edilib və yaz ayında Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu baş tutacaq.
Eyni zamanda, TürkPA Baş katibi bildirib ki, TürkPA, eləcə də Türk Əməkdaşlığı qurumları BMT-nin Nizamnaməsində təsbit edilən norma və prinsiplərə uyğun olaraq açıq və şəffaf tərzdə fəaliyyət göstərir: “Türkçülük regionda münasibətlərin inkişaf etdirilməsində yaxşı vasitədir”.

Bu xəbər oxucular tərəfindən 869 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |