Şrift:
“Günəşli” yatağındakı 10 nömrəli özüldə yanğın söndürülüb
11.02.2016 [10:20] - Gündəm, Bildiriş
Keçən il dekabrın 4-də Bakı və Abşeron yarımadasında nadir hallarda təsadüf edilən çox güclü qasırğa zamanı Xəzərdəki “Günəşli” yatağında yerləşən 10 nömrəli dərin dəniz özülündə baş vermiş qəza nəticəsində yanan quyular fevralın 10-da tamamilə söndürülüb.

SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, yanğın zamanı quyuağzı avadanlıqların sıradan çıxması nəticəsində hermetiklik pozulmuşdu ki, bu da quyuların boğulmasını çətinləşdirirdi. Mövcud texnika və avadanlıqlardan maksimum səmərəli istifadə edilərək, əlavə problem yaratmadan yanan quyularda növbə ilə quyuağzı avadanlıqlar dəyişdirilib, quyular məhlul ilə boğulub.

Görülmüş tədbirlər nəticəsində yanğın tam söndürülüb.
Bu xəbər oxucular tərəfindən 725 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed