12.02.2016 [12:29] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev dünən İctimai Televiziyanın “Ortaq məxrəc” verilişində qonaq olub. Miqrant probleminə həsr edilmiş proqramda millət vəkili əvvəlcə Azərbaycanın miqrant problemindəki təyinatından danışaraq miqrantları qəbul edən bir ölkə kimi ortaya qoyduğu mövqe və yürütdüyü siyasəti vurğulayıb. Daha sonra partiya sədri beynəlxalq miqrant probleminin pərdəarxası məqamlarına toxunub. İnkişaf etmiş ölkələrin süni şəkildə yaratdığı miqrant problemində siyasi, iqtisadi və digər maraqları barədə şərh verən Fərəc Quliyev dünyanı bürümüş sonuncu ərəb miqrantı problemində Qərbin Türkə və Türkiyəyə qarşı qurulmuş planlarına da toxunub. Millət vəkili bu məsələdə orqan mafiyasının da fəaliyyətini qeyd edib.
Fərəc Quliyevin gündəmin əsas problemlərindən biri olan miqrant məsləsiylə bağlı verdiyi bu açıqlamaların videosunu təqdim edirik:
Fərəc Quliyevin gündəmin əsas problemlərindən biri olan miqrant məsləsiylə bağlı verdiyi bu açıqlamaların videosunu təqdim edirik:
Bu xəbər oxucular tərəfindən 933 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |