11.02.2012 [16:24] - Gündəm
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan fevralın 10-da axşam İstanbulda növbəti dəfə cərrahiyyə əməliyyatı olunub.
Türkiyə baş nazir aparatı bununla bağlı rəsmi açıqlama yayıb. Açıqlamada deyilir: “2011-ci il noyabrın 26-da baş nazirimizin həzm sistemində aparılan cərrahiyyə əməliyyatının ikinci və son mərhələsi 30 dəqiqəlik bir müdaxilə ilə uğurla nəticələnib. Müalicə prosesi daha əvvəl planlaşdırıldığı kimi, bu şəkildə sona yetib. Baş nazirimizin səhhəti çox yaxşıdır. O, gələn həftə rutin fəaliyyətinə başlamağı planlaşdırır”.
Qeyd edək ki, R. T. Ərdoğanın şənbə, bazar və bazar ertəsinə nəzərdə tutulan proqramı, o cümlədən Nazirlər Kabinetinin iclası təxirə salınıb.

Bu xəbər oxucular tərəfindən 1225 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |