Şrift:
Avstraliya polisi rekord miqdarda narkotik maddə müsadirə edib
15.02.2016 [10:12] - Gündəm, Hadisə
Avstraliya polisinin əməkdaşları tərəfindən rekord miqdarda güclü təsirə malik narkotik maddə - metamfetamin müsadirə olunub. Müsadirə olunmuş narkotik maddənin bazar qiymətinin 1 milyard dollara yaxın olduğu bildirilir.

Federal polisin yaydığı məlumatda qeyd edilir ki, hüquq mühafizə orqanları tərəfindən keçirilmiş əməliyyat nəticəsində 720 litrdən çox narkotik maddə aşkarlanaraq müsadirə olunub. Metamfetaminin istehsalında və qeyri-qanuni yolla Avstraliyaya gətirilməsində şübhəli bilinən dörd nəfər həbs edilib.
Bu xəbər oxucular tərəfindən 695 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed