Şrift:
Kanadada yaşayan azərbaycanlılar Beynəlxalq Ana Dili Gününü qeyd edəcəklər
11.02.2012 [16:48] - Güney Azərbaycan xəbərləri
Kanadanın Toronto şəhərində yaşayan azərbaycanlılar 21 fevral Ümumdünya Ana Dili Günü münasibəti ilə tədbir keçirəcəklər. Bu barədə Kanadada yaşayan soydaşımız, GAİP İnsan Haqları Mərkəzinin rəhbəri Oğuz Türk məlumat verib. O bildirib ki, tədbir 2012-ci il fevralın 25-də yerli vaxtla saat 17:30-da Toronto İctimai Kitabxanasında keçiriləcək: “Tək azərbaycanlılar deyil, türklər, türkmənlər, uyğurlar və kanadalılar da iştirak edəcəklər. Əsas məqsədimiz İranda ana dilində təhsil ala bilməyən 35 milyon azərbaycanlıya dəstək olmaq, onların məruz qaldığı hüquq pozuntusunu dünya ictimaiyyətinə çatdırmaqdır. Digər millətlər kimi onların da ana dilində yazıb-oxumaq, təhsil almaq hüquqları var. Bu, ən təbii insan haqqıdır. Lakin İranda yaşayan azərbaycanlıların tələbinə baxmayaraq, hələ də bu problem həll edilməmiş qalır”. Oğuz Türk əlavə edib ki, mövzu ilə bağlı məruzələr və çıxışlar olacaq: “Tədbirin sonunda təşkilatımız adından bəyanat oxunulacaq. Maraqlanan hər kəs mərasimə dəvətlidir”.
Bu xəbər oxucular tərəfindən 1536 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed