11.02.2012 [16:59] - Güney Azərbaycan-Təbriz
Savalan Ərdəbilli: «İranda 35 milyondan çox Azərbaycan türkü insan haqlarından məhrum yaşayır»
«Öz torpaqlarımızda yad dildə təhsil almaq elə ən böyük haqsızlıqlardan biridir»
Güney Azərbaycanla bağlı budəfəki həmsöhbətimiz hazırda İtaliyada siyasi mühacir həyatı yaşayan soydaşımız Savalan Ərdəbillidir. 1983-cü ildə Güney Azərbaycanın Ərdəbil şəhərində doğulan Savalan gənc yaşlarından milli mübarizəyə qoşulan fəallardandır. Müsahiblə daha yaxından tanış olaq:
- Milli mübarizəyə qoşulmağınıza nə səbəb oldu?
- İran dövlətinin türklərə qarşı mənfi münasibəti. Biz də digər xalqlar kimi milli hüquqlarımızın təmin olunmasını istəyirik. Amma rejim yalnız fasrların milli maraqlarını və mənafeyini tanıyır, müfadiə edir. O dövlətdə bütün qanunlar və hüquqlar yalnız farslara aiddir. Daxili siyasət də onların inkişafı, qeyri-farsların isə əzilməyinə hesablanır. İranda 35 milyondan çox azərbaycanlı hökumətin yürütdüyü ədalətsiz və irqçi siyasətin nəticəsində insan haqlarından məhrum yaşayırlar. Halbuki azad yaşamaq, milli kimliyini qorumaq bizim də haqqımızdır. İllərdir İran dövləti azərbaycanlıların hüquqlarını pozur və bu siyasətinə davam edir. Güney Azərbaycanda yaşayanlar bununla hər gün rastlaşırlar.
- Siz İranda hansı hüquq pozuntuları ilə rastlaşırdınız?
- Elə ilk hüquq pozuntusunu birinci sinfə gedəndə gördüm. İranda orta təhsil 12 ildir. Amma mən türk olduğum üçün 13 il oxumalı oldum. Çünki ailəmdə Azərbaycan trükcəsində danışırdıq. Mən öz dilimi bilirdim, farsca isə yaxşı başa düşmürdüm. Orada bütün təhsil fars dilində olduğundan məcburən məni də farsdilli məktəbə qoydular. Birinci sinifdə fars dilində keçirilən dərsləri başa düşə bilmirdim. Odur ki, məktəbdə çox çətinlik çəkirdim. Sonda mən ikinci sinfə keçə bilmədim, sinifdə qaldım. Bu, həyatımda rastlaşdığım ilk ayrı-seçkilik və hüquq pozuntusu idi. Mən azərbaycanlıyam və öz dilim var. Nə üçün məcburən başqa bir dildə təhsil almalı idim? Başqa ölkələrdə, hətta sayı bir neçə min olan milli azlıqların da ana dilində məktəbi, əlifbası olur. Öz tarixi torpaqlarımızda yaşadığımız və 35 milyondan çox olduğumuz, ölkənin əsas nüfuzunu təşkil etdiyimiz halda nə üçün övladlarımız yad dildə oxumalıdır? Biz fars toraqlarında yox, öz ana Vətənimizdə yaşayırıq. Fars dilində təhsili fars ərazilərində təbiq etsinlər. Bizdə isə ana dilimizdə məktəblər fəaliyyət göstərsin. Bu cür ədalətsizliklərlə böyümüşük. Bunları görüb susmaq və ya etiraz etməmək mümkün deyil. Bu hakimiyyətə və siyasətə «dur» demək lazımdır. Əks halda İran Güney Azərbaycanın qalan bölgələrini də farslaşdırmağa davam edəcək.
- Güney Azərbaycanın assimlyasiya olunmuş şəhərləri var?
- Çox təəssüf ki, İranın uzun illər apardığı assimlyasiya siyasəti nəticəsində tam və ya qismən farslaşmış türklər var. Məsələn, Qum şəhəri demək olar tam assimlyasiya olunub. Orada Azərbaycan dilində danışan adam tapmazsınız. Özlərini də Azərbaycan türkü saymıralar. Onlara gedib desək ki, siz türksünüz, etiraz edəcəklər. Güney Azərbaycan müstəqil olsa, bəlkə də onlar yenə də İranın tərkibində yaşamaq istəyəcəklər. Düşünürəm ki, farslaşmış soydaşlarımızı yenidən öz milli kimliyinə qaytarmaq asan olmayacaq. Bunun üçün uzun illər sistemli maarifləndirmə və təbliğat aparmaq lazımdır. Çünki, məsələn, Qumda artıq bir neçə nəsil farslaşıb. Bunların qarşısını almaq, Vətənimiz və millətimiz naminə milli mübarizə lazımdır.
- Bəs Güney Azərbaycanın digər şəhərlərində vəziyyət necədir?
- İran assimlyasiya siyasətini Güney Azərbaycanın bütün şəhərlərində, bölgələrində yürüdür. Amma məqsədinə müvəffəq olmadığı yerlər var. Elə bölgələr var ki, farslaşsa da, milli təfəkkürlü soydaşlarımız çoxdur. Amma tam milli qalan şəhərlər də var. Məsələn, mənim böyüdüyüm Ərdəbildə milli düşüncəni daşıyan adamlar çoxdur. Tədricən milli fəlların sayı da artır. Düşünürəm ki, Ərdəbil də daxil olmaqla Güney Azərbaycanda milli oyanma gündən-günə artır.
- Nə üçün Güney Azərbaycanda bir şəhər assimlyasiya olunub, digəri isə milli təfəkkürdə qalıb? Bu, nədən asılıdır?
- Bunun bir sıra səbəbləri var. İran ərazisinə, yəni fars şəhərlərinə yaxın yerləşən bölgələrimiz daha çox farslaşıb. Çünki onlar farslarla daha çox təmasda olurlar. Amma Quzeyə, Türkiyəyə yaxın, fars şəhərlərindən uzaq bölgələrdə isə milli düşüncə qalıb. Sərhəddə yaşayan güneylilər Quzeyin, Türkiyənin televiziyalarına baxa, radiolarını dinləyə bilirlər. Bu da milli kimlikdə qalmağa təsir edən amillərdən biridir.
- Milli mübarizədə iştirakınıza görə hansı təzyiqlərə məruz qaldınız?
- Dəfələrlə həbs olundum. Tutub 10 gün saxlayandan sonra buraxırdılar. Bu cür qısa müddətli həbslərim çox olub. 2003-cü ildə bir gecə «Ettelaat» məmurları məni həbs etdi. Dostumla məni İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin Ərdəbil şöbəsinə apardılar. Orada bizə «codayi tələb» (bölücü) deyirdilər. Halbuki «codayi tələb» deyilik, istiqlalçıyıq. Sonuncu dəfə həbs olunanda 9 ay Ərdəbil zindanında qaldım.
- İranı nə vaxt tərk etməyə məcbur qaldınız?
- İrandan 2006-cı ildə çıxdım. Əvvəl Türkiyəyə getdim. Orada 2 il qalandan sonra İtaliyaya getdim. 2011-ci ilin sonu İtaliya vətəndaşlığını aldım. Sonra da ad və soyadımı dəyişdim.
- Nə üçün adınızı dəyişdiniz?
- Adımı çoxdan dəyişmək istəyirdim. Hətta Güneydə yaşayanda da adımı dəyişmək üçün aiddiyyatı quruma müraciət etmişdim. Razılaşmadılar. Mən də dedim ki, istəmirəm, adımı dəyişirəm. İcazə vermədilər.
- Sizdən başqa da adını dəyişmək istəyənlər olur?
- Çox olur. Valideynə ad seçimində də müstəqil seçim etməyə icazə vermirlər. Ata övladına türk adı qoymaq istəyir, amma razı olmurlar. Deyirlər ki, islam ölkəsində yaşayırsınız. Atanın da qarşısına dini və fars adlarından ibarət siyahı qoyurlar. Yalnız həmin siyahıda olan adları seçməyə icazə verirlər. Həmin adlar da ya ərəb, ya da fars adları olur. Amma övladına yaş kağızı almaq istəyən valideyn məcbur qalıb istəmədiyi adları qoyur. Güneydə əksəriyyətin iki adı var. Sənəddə ərəb və ya fars, ailədə isə türk adı ilə çağrılır. Rejim tək türk adlarını farslaşdırmır, Güneyin şəhərlərini, kəndlərini, hətta parklarını da özününküləşdirir. Məsələn, hamının «Darvaza Meşkin» dediyi park var. Hamı oranı bu adla tanıyır. Amma girişindəki lövhədə «Mübarizə» adı yazılıb. Sənəddə adı farslaşdırılsa da, camaat yenə də dədə-baba adı ilə tanıyır. Kimdən «Mübarizə» parkı soruşsanız tanımayacaq.
- Bəs adların farslaşdırılmasına əhali etiraz etmir?
- Əlbəttə ki, etiraz edənlər var. Hamı narazıdır. Amma elə qəddar və ağır rejimdir ki, hər kəs etirazlarını açıq şəkildə bildirə bilmir. Etiraz edənlərə müxtəlif ittihamlar irəli sürüb həbs edirlər.
- Bəs İtaliyada adını dəyişmək çətin olmadı?
- Yox. İtaliya qanunvericiliyində ad seçimi azaddır. Vətəndaşlıq alanda «Savalan Ərdəbilli» ad və soyadını istədim. Vəkillə danışdım, problemsiz həll olundu.
- Xaricdə də milli mübarizəyə davam edə bilirsiniz?
- Etmək olur. Məsələn, xaricdə dərnəklər, təşkilatlar yaradaraq İrandakı insan haqlarının pozulmasını dünyaya çatdırmağa çalışan, Güneyə informasiya dəstəyi verənlər var. Amma təəssüf ki, yaşadığım ölkədə güneylilər azdır. Venesiyada Güney Azərbaycana dəstək olan heç bir təşkilat yoxdur. Odur ki, güneylilərin daha çox olduğu ölkələrə ketmək istəyirəm. Məndə olan məlumatlara görə, ən çox Kanadada, Hollandiyada soydaşlarımız yaşayır.
- İtaliya cəmiyyətinin sizə münasibəti necədir?
- Mən İtaliyada olmamışdım, buranın dilini də bilmirdim. Bir yoldaşımla bura gəldik. Tədricən dillərini öyrəndim. Cəmiyyətin münasibəti normaldır. Qeyd etdiyim kimi, təşkilatı fəaliyyətimiz olmadığı üçün yalnız internet vasitəsilə Güneyə informasiya dəstəyi verməyə çalışıram.
- Milli mübarizədə internetin hansı rolu var?
- İran dünya ictimaiyyətindən tədric olunmuş ölkədir. Vətəndaşların xariclə əlaqə saxlaması rejimin arzulamadığı haldır. Odur ki, internet Güney Azərbaycanın dünyaya çıxış vasitəsidir. İran mediasında milli mübarizə işıqlandırılmadığı üçün yalnız internet vasitəsilə bu barədə xəbərlər yaymaq mümkündür. Milli fəalların həbsi, işgəncələri, təzyiqləri ilə bağlı xəbərləri çətinliklə də olsa dünyaya internet vasitəsilə ötürülür. Bunu rejim də bilir. Odur ki, müxtəlif yollarla intrenetdə də məhdudiyyətlər yaratmağa çalışır. Məsələn, saytlara süzgəc qoyulur, internetin sürəti o qədər azaldılır ki, şəkil, video açmaq olmur. Amma bütün məhdudiyyətlərə baxmayaraq, Güneydə milli mübarizə davam edir. Fəallar milli düşüncəli yazıları və ya videoları disklərə köçürüb gecələr evlərin qapısına atırlar. Həbs edilən fəallar haqında xəbərləri və fotolarını xarici mətbuata ötürürlər.
Real Cəfərli

Bu xəbər oxucular tərəfindən 1690 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |